İranın keçən həftə İsrailə qarşı kütləvi raket hücumundan sonra İsrail buna ciddi cavab verəcəyini bildirib. Bu cavabın hansı xarakter daşıya biləcəyi hələlik aydın deyil. Lakin İsrailin İranın enerji obyektləri də daxil olmaqla, ölkənin bir sıra strateji obyektlərinə zərbə endirə bilməsi ehtimallar arasındadır. Ekspertlər İsrailin İranın neft infrastrukturunu hədəf ala bilməsinin qlobal bazarlara təsir göstərəcəyi, qlobal təchizatı poza biləcəyi ilə bağlı narahatlıqlarını ifadə edir. Enerji təhlükəsizliyi məsələləri üzrə ekspert Ümid Şükri Amerikanın Səsinə müsahibədə İsrail və İran arasında gərginliyin artmasının qlobal enerji bazarlarına mümkün təsirləri, İranın Yaxın Şərqdə dəstəklədiyi proksi qüvvələrinin Körfəz regionu və daha geniş bölgədə enerji təhlükəsiziyinə yaratdığı hədələr, qlobal enerji təchizatı üçün risklərin Azərbaycan kimi enerji istehsalçısı olan ölkə üçün mümkün təsirləri və ABŞ-ın seçkilərdən sonra növbəti administrasiyasının regionun enerji təhlükəsizliyi ilə bağlı siyasəti haqda danışıb.
İsrail və İran arasında gərginlik və qlobal enerji bazarı üçün risklər - Ümid Şükri şərh edir
Enerji təhlükəsizliyi üzrə ekspert Ümid Şükri Amerikanın Səsinə müsahibədə İsrail və İran arasında gərginliyin qlobal enerji bazarları üçün yaratdığı risklər, qlobal təchizat üçün risklərin Azərbaycana mümkün təsirləri və ABŞ-ın növbəti administrasiyasının regionla bağlı siyasətini şərh edib.
Episodes
-
Dekabr 03, 2024
Gözdən əlillər sosial çətinliklərindən danışıb
-
Dekabr 03, 2024
Famil Xəlilov ev dustaqlığına buraxılıb
-
Dekabr 03, 2024
Bakıda kəlağayıçıların festivalı keçirilib