ABŞ dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanında keçirilən danışıqlardan sonra bildirib ki, Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya qarşı üç ildir apardığı müharibəyə son qoymaq üçün “ədalətli” və “davamlı” həll yolu üzərində işləyir. O eyni zamanda, həm Moskvanın, həm də Kyivin sülhə nail olmaq üçün güzəştə getməli olacağını əlavə edib. Dövlət Departamentinin sözçüsü Tammi Brus bildirib ki, ABŞ və Rusiya “Ukraynada münaqişənin tez bir zamanda sona çatması istiqamətində işləməyə başlamaq üçün müvafiq yüksək səviyyəli komandalar təyin etmək” barədə razılığa gəliblər. Vaşinqtonda Hadson İnstitutunun baş elmi işçisi Riçard Vaytz Amerikanın Səsinə müsahibədə ABŞ və Rusiya arasında yüksək səviyyədə görüş və Birləşmiş Ştatların Ukraynada müharibəyə son qoymaq üçün səyləri haqda danışıb.
ABŞ-Rusiya danışıqları - Hadson İnstitutunun eksperti Riçard Vaytz şərh edir
Episodes
-
Mart 14, 2025
Ukraynada azərbaycanlı könüllülərin mübarizəyə dəstəyi
-
Mart 14, 2025
Mukaçevodakı könüllülərin fədakarlığı
-
Mart 14, 2025
Gürcüstanda məskunlaşan ukraynalı musiqiçi