İctimai fəal Əziz Məmiyev Amerikanın Səsinə müsahibəsində deyir ki, noyabrın 11-də Azərbaycan Xalq Cəbhəsinin Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçirdiyi aksiyada polis tərəfindən zorakılığa məruz qalıb. Fəalın iddiasına görə polis onun gözünə xəsarət yetirib.
Noyabrın 15-də Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsi mətbuat konfransı keçirib. Konfransda ömürlük həbs cəzası almış məhbusların yaxınları da iştirak edib.
Noyabrın 11-də Afiəddin Məmmədovla birgə, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığını deyən “Demokratiya 1918” Hərəkatının İşçi Masası Həmkarlar İttifaqları Koalisiyasının Kuryerlər Birliyinin rəhbəri Elvin Feyruzzadə polis bölməsində baş verənləri təsvir edir.
Noyabrın 13-də "Demokratiya 1918" Hərəkatı mətbuat konfransı keçirib. Mətbuat konfransında danışan hərəkatın İdarə Heyətinin üzvü Samir Sultanov son günlər hakimiyyət tərəfindən "hərəkata qarşı əks-addımlar" atıldığını bildirib.
Təşkilatçılardan biri olan Kənan Zülfüqarov deyir ki, Azərbaycanda pivə ənənəvi alkoqollu içkidir və tədbirin məqsədi bu ənənəni daha da dərinləşdirmək, həmçinin yerli istehsalçıların mallarını xaricə çıxarmaqdır:
Daha çox yüklə