Mayın 21-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
Azərbaycan Prezidentinin Administrasiyasının məlumatına görə, telefon danışığı əsnasında dövlət başçıları regional təhlükəsizlik və enerji, ticarət və digər sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Söhbət zamanı hər iki ölkənin aidiyyəti qurumlarına birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqların veriləcəyi bildirilib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə telefon danışığı barədə X platformasında məlumat yayıb.
I spoke with @presidentaz Ilham Aliyev about regional security and bilateral cooperation. Ukraine and Azerbaijan have promising projects in energy, trade, and other areas. We directed our teams to step up their implementation efforts and coordinated future joint events. pic.twitter.com/Ue1kjObxob
— Volodymyr Zelenskyy / Володимир Зеленський (@ZelenskyyUa) May 21, 2024
“Azərbaycan Prezidenti İlham Əliyevlə regional təhlükəsizlik və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etdik. Bizim enerji, ticarət və digər sahələrdə perspektivli layihələrimiz var. Komandalarımıza onların həyata keçirilməsi üzrə işləri gücləndirmək və gələcək birgə fəaliyyətləri əlaqələndirmək tapşırılıb”, Ukrayna Prezidenti qeyd edib.