Accessibility links

Jurnalist İdrak Camalbəyli ilə vida mərasimi olub


Jurnalist İdrak Camalbəyli ilə vida mərasimi
Jurnalist İdrak Camalbəyli ilə vida mərasimi

Aprelin 2-də Amerikanın Səsi ilə əməkdaşlıq edən hərbi jurnalist İdrak Camalbəylinin Bakıda dəfn mərasimi olub.

Mərasimdə Azərbaycan istimaiyyətinin, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin, Ukraynanın Azərbaycandakı səıfirliyinin nümayəndələri, həmçinin Ukraynanın hərbi attaşesi, Azərbaycanın Ukraynadakı və Ukraynanın Azərbaycandakı diaspor təşkilatlarının rəhbərləri, jurnalistin Ukrayna hərbçisi olan dostları və jurnalistlər iştirak edib.

Jurnalist İdrak Camalbəyli ilə vida mərasimi
Jurnalist İdrak Camalbəyli ilə vida mərasimi

İdrak Camalbəyli Amerikanın Səsi ilə 2023-cü ildən əməkdaşlıq edirdi. Bu müddət ərzində o, Ukrayna müharibəsi, həmçinin ön cəbhədən çoxsaylı reportajlar hazırlayıb. Jurnalistin Ukrayna Ordusunda xidmət edən hərbçi dostu Murad Nəsirov Amerikanın Səsinə onun ön cəbhədə çəkilişlərindən danışıb.

Jurnalist İdrak Camalbəyli ilə vida mərasimi olub
please wait

No media source currently available

0:00 0:05:18 0:00

“İdrak sanki döyüşçü idi. O daim müharibənin ağır nəticələr qoyduğu ön cəbhədə atəş altında işləyirdi. Hətta bir dəfə mina partlayışından yaralanmışdı. Lakin bu onu peşəsindən çəkindirmədi. İdrak atəş altında işləmyə üstünlük verirdi. O, peşəsinin vurğunu idi”, Nəsirov qeyd edib.

Camalbəyli eyni zamanda Ukraynada yaşayan azərbaycanlılarla müharibənin təsirləri ilə bağlı repotajların müəllifidir. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katib Qalib Osmanlı Amerikanın Səsinə deyib ki, İdrak Camalbəyli Ukraynada yaşayan Azərbaycan icmasının fəaliyyətini işqılandıran fəal jurnalistlərdən birincisi olub.

“Çoxsaylı insanlar Ukrayna müharibəsindən qaçıb xarici ölkələrə getsə də İdrak hamıdan fərqli olaraq ön cəbhədə atəş altında işləməyi seçdi”, o qeyd edib.

Jurnalist İdrak Camalbəyli ilə vida mərasimi
Jurnalist İdrak Camalbəyli ilə vida mərasimi

Jurnalistin qardaşı İqbal Camalbəyli Amerikanın Səsinə deyib ki, ailəsi İdrakın Azərbaycana qayıtmasını təkid etsə də o bununla razılaşmayıb.

Jurnalist martın 30-da Kyivdə ürək tutmasından vəfat edib. Onun nəşi aprelin 1-də Bakıya gətirilib və bu gün cənazəsi ictimaiyyətin və dostlarının müşayiəti ilə yaşadığı evdən qaldırılıb. Camalbəyli Azərbaycan və Ukrayna bayraqlarına bükülərək Masazır qəbiristanlığında doğmalarının yanında torpağa tapşırılıb.

Forum

XS
SM
MD
LG