Accessibility links

Amerikanın Səsi ilə əməkdaşlıq edən jurnalist Kyivdə vəfat edib


İdrak Camalbəyli
İdrak Camalbəyli

Amerikanın Səsi ilə əməkdaşlıq edən jurnalist İdrak Camalbəyli Kyivdə vəfat edib. İdrak Camalbəylinin ürək tutmasından vəfat etdiyi bildirilir.

İdrak Camalbəyli Rusiyanın Ukraynaya qarşı təcavüzünün başladığı ilk günlərdən müharibənin getdiyi bölgələrdən çox sayda reportajlar hazırlayıb. Jurnalist Amerikanın Səsi ilə 2023-cü ildən əməkdaşlıq edirdi. Bu müddət ərzində o, Ukrayna müharibəsi, həmçinin ön cəbhədən Amerikanın Səsi üçün çoxsaylı reportajlar hazırlayıb.

Camalbəyli eyni zamanda Ukraynada yaşayan azərbaycanlılarla müharibənin təsirləri ilə balı repotajların müəllifidir.

2023-cü ilin aprel ayında İdrak Camalbəyli və onunla Ukraynada çalışan video operator Seymur Şıxəliyev Xerson şəhəri ilə Mikolayiv şəhəri arasında yerləşən Mirnaya kəndində Rusiya ordusunun qoyub getdiyi blindajda mina partaması nəticəsində xəsarət almışdılar. İnsident baş verən zamanı onlar Mikolayiv və Xerson istiqamətlərində Rusiya işğalının fəsadlarını işıqlandırırdılar.

Ukraynada fəaliyyət göstərən Azərbaycan Diaspora təşkilatlarının bildirdiyinə əsasən, Kyivdə jurnalistlə vida mərasiminin keçirilməsi planlaşdırılır.

Jurnalistin ailə üzvlərinin verdiyi məlumata görə, İdrak Camalbəyli Azərbaycanda dəfn olunacaq.

Forum

XS
SM
MD
LG