Aprelin 8-də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski arasında görüş keçirilib.
“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə hər bir işçi görüş təkcə ikitərəfli gündəliyin aktual məsələlərinin müzakirəsi və həlli deyil, həm də Ukrayna-Azərbaycan strateji tərəfdaşlığını konkret işlər və iddialı layihələrlə gücləndirmək üçün səmimi qarşılıqlı istəkdir”, Kanevski X platformaasında yazıb.
Ukrayna səfirinin Azərbaycaan Prezidentinin köməkçisi ilə görüşü NATO-nun baş katibi Yens Stoltenberqin martın 17-dən 19-dək Cənubi Qafqaz ölkələrinə səfərindən sonraya təsadüf edir.
Səfər zamanı NATO ilə əməkdaşlıq, regionda sülh, Ukraynaya dəstək, Qara Dəniz regionunda durum, enerji təhlükəsizliyi məsələləri müzakirə mövzusu olub.
NATO-nun Baş katibi Azərbaycan Prezidnti İlham Əliyevlə görüşünün yekunları ilə bağlı bəyanatında Rusiya-Ukrayna müharibəsindən də danışıb.
“Həmçinin qeyd etmək vacibdir ki, əgər daha geniş regiona nəzər salsanız, Ukrayna da Qara dəniz ölkəsidir. Bu ölkə NATO-nun tərəfdaşıdır və Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəni davam etdirir. NATO müttəfiqləri hazırda gedən müharibənin fəsadlarından çox narahatdır və NATO müttəfiqləri Ukraynaya dəstək göstərirlər. Mən Azərbaycanın Ukraynaya göstərdiyi çox zəruri dəstəyi alqışlayıram. Söhbət çox zəruri olan humanitar yardımdan gedir, lakin daha çox dəstəyə ehtiyac var, çünki Ukraynadakı vəziyyət olduqca ağırdır”, o qeyd edlib.
Azərbaycan Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən başlayaraq Ukraynaya humanitar yardımlarını davam etdirir.
Bu ölkənin Ukraynaya göstərdiyi humanitar, o cümlədən bərpa və yenidənqurma işlərinə dəstək xarakterli yardımların ümumi məbləği 33 milyon ABŞ dollarından çoxdur. Müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 154 ukraynalı uşaq Azərbaycanda tibbi və sosial-psixoloji reabilitasiya keçib.
Ukraynanın İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına “Linqvist” humanitar liseyi tam bərpa edilib, habelə həmin şəhərdə ciddi dağıntılara məruz qalmış bir sıra sosial təyinatlı obyektlərin Azərbaycan tərəfindən əsaslı bərpası ilə bağlı hazırda müvafiq işlər aparılmaqdadır.
Azərbaycan Prezidentinin 2023-cü il 17 iyul tarixli sərəncamı ilə Ukraynaya humanitar yardım kimi elektrik avadanlıqları alınması üçün 7,6 milyon ABŞ dolları ayırıb. Elektrik avadanlılarından ibarət humanitar yardımlar Ukraynaya çatdırılıb.