Türkiyənin İstanbul şəhərində Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin dövlət başçılarının xarici siyasət məsələləri üzrə köməkçiləri/məsləhətçilərinin qeyri-rəsmi görüşü keçirilib.
Bu barədə TDT məlumat yayıb.
Görüş zamanı iştirakçılar əsas diqqəti TDT fəaliyyətinin inkişafına yönəldib, üzv dövlətlər arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıblar.
Məlumatda deyilir ki, toplantıda beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələsi də müzakirə olunub.
Nümayəndə heyətləri regionda və onun hüdudlarından kənarda sabitliyi, firavanlığı və sülhü təşviq etmək üçün əməkdaşlıq və birgə təşəbbüslər üçün potensial imkanları araşdırıblar.
Toplantı Türk Dünyasına Baxış - 2040 və TDT 2022-2026 Strategiyaları çərçivəsində TDT-nin inkişaf edən qlobal mühitdə türk dövlətləri arasında daha dərin əməkdaşlığı inkişaf etdirmək öhdəliyinə uyğun olaraq konstruktiv dialoq və strateji planlaşdırma platforması rolunu oynayıb.
Türk Dövlətləri Təşkilatı 3 oktyabr 2009-cu ildə təsis edilib. Təşkilata Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan daxildir.