Accessibility links

Türk dövlətləri birgə hərbi təlim keçirir


Azərbyacan və Türkiyə Hərbi Dəniz Qüvvələri birgə təlim keçirir (Rəsmi foto-arxiv)
Azərbyacan və Türkiyə Hərbi Dəniz Qüvvələri birgə təlim keçirir (Rəsmi foto-arxiv)

Türkiyənin İsparta şəhərində Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan və Qırğızıstan ordularının hərbi qulluqçularının birgə hərbi təlimi keçirilir

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi twitter hesabında paylaşım edib.

Məlumatda qeyd edilir ki, təlim "21-ci Məskunlaşmış Məhəllələrdə Terroristlərlə Mübarizə Əməliyyat Kursu" çərçivəsində keçirilir.

Son illərdə Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə region ölkələrinin hərbçilərinin çoxsaylı birgə hərbi təlimləri keçirilir.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, bu ilin oktyabrında Türkiyənin Marmaris şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin dəniz xüsusi taborlarının sualtı hücum və sualtı müdafiə bölmələri ilə Türkiyə Hərbi Dəniz Qüvvələri xüsusi təyinatlı bölmələri birgə təlim keçirilib. Aksaz dəniz bazasında keçirilən təlimdə hər iki ölkənin hərbi qulluqçuları quru və dəniz taktikalarının işlənməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra edib.

Sonuncu dəfə isə bu ilin noyabrın əvvəlində Azərbaycan, Türkiyə, Gürcüstan hərbçilərinin iştirakı ilə strateji boru kəmərlərinin təhlükəsizliyi ilə bağlı komanda qərargah təlimi keçirilib. Azərbaycan MN-nin məlumatına görə, təlimin ssenarisi böhran vəziyyətində Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin mühafizəsinin təşkil edilməsini nəzərdə tutan sülhməramlı əməliyyatın həyata keçirilməsinə əsaslanıb.

Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli təlimləri hər üç ölkədə növbə ilə, rotasiya prinsipi əsasında hər il keçirilir.

XS
SM
MD
LG