Accessibility links

Azərbaycanda Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin görüşü olacaq


Türkdilli dövlətlərin bayraqları (Foto Qafqaz Müsəlmanları İdarəsinindir)
Türkdilli dövlətlərin bayraqları (Foto Qafqaz Müsəlmanları İdarəsinindir)

Oktyabrın 19-21-də Azərbaycanda Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin üçüncü görüşü keçiriləcək.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin məlumatına görə, Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının təsis edilməsi məramı ilə Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Türkiyə diyanət işləri başkanı Əli Erbaş, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Özbəkistan müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın baş müftisi Naurızbay Taqanulı, Qırğızıstan müftisi Zamir Rakiyev, Türkmənistan müftisi Yalkab Xocaquliyev Bakıda bir araya gələcək.

Məlumatda deyilir ki, oktyabrın 20-də Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsi Türk dünyasının mədəniyyət paytaxtı elan olunmuş Şuşa şəhərində imzalanacaq, birgə bəyanat qəbul ediləcək. Dini liderlər Şuşanın Yuxarı Gövhərağa məscidində birgə namaz qılacaq.

Oktyabrın 21-də dini liderlərin və elm adamlarının iştirakı ilə Bakıda "Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri" mövzusunda Beynəlxalq Konfrans keçiriləcək.

Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin birinci görüşü bu il aprelin 15-də İstanbulda, ikinci görüşü isə mayın 6-da Qazaxıstanın Türküstan şəhərində keçirilib.

XS
SM
MD
LG