Accessibility links

Yazıçının bıçaqlanması ilə bağlı cinayət işi başlayıb


Yazıçının bıçaqlanması ilə bağlı cinayət işi başlayıb
Yazıçının bıçaqlanması ilə bağlı cinayət işi başlayıb

Tanınmış yazıçı Rafiq Tağı noyabrın 19-da evinə gedərkən hücuma məruz qalıb. Onun bədəninin sol nahiyəsinə 6 bıçaq zərbəsi endirilib.

Vətəndaş Rafiq Tağının bıçaqlanması faktı üzrə Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə cinayət işi başlayıb. Bu barədə Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Amerikanın Səsi radiosuna bildirib.
Onun sözlərinə görə, hadisə Nəsimi rayon ərazisində baş verdiyinə görə, cinayət işinin istintaqının davam etdirilməsi üçün Nəsimi rayon prokurorluğuna göndərilib. Tanınmış yazıçı Rafiq Tağı noyabrın 19-da evinə gedərkən hücuma məruz qalıb. Onun bədəninin sol nahiyəsinə 6 bıçaq zərbəsi endirilib. Bıçaq zərbələri yazıçının sol tərəfdən boyun, kürək, ürək və qarın nahiyələrinə dəyib. Həkimlər 6 saat yarım cərrahiyə əməliyyatından sonra yazıçının həyatını xilas edə bilib. Onun dalağı çıxarılıb, kürək sümüyü və qabırğaları qırılıb. Yazıçıya bir litrədək qan köçürülüb Hazırda vəziyyəti stabildir.
Rafiq Tağı bu gün artıq reanimasiya şöbəsindən palataya köçürülüb. O anlaqlıdır və danışa bilir. İstintaq orqanının əməkdaşları yazıçı ilə görüşüb, ifadə alıb.

XS
SM
MD
LG