Accessibility links

Baş həkim: "R.Tağı bıçaq yarasının ağırlaşması nəticəsində vəfat edib"


Baş həkim: "R.Tağı bıçaq yarasının ağırlaşması nəticəsində vəfat edib"
Baş həkim: "R.Tağı bıçaq yarasının ağırlaşması nəticəsində vəfat edib"

Azərbaycan Respublikası Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş həkimi Şakir Musayev Amerikanın səsinə verdiyi açıqlamada bildirib ki, tanınmış yazıçı Rafiq Tağı cəsədi tam müayinə edilib. Onun sözlərinə görə, Rafiq Tağı qarın boşluğuna işləmiş bıçaq yarasının ağırlaşması nəticəsində dünyasını dəyişib: "Ağırlaşan zərbə mədəaltı vəzin quyruğunu və dalağı zədələyibmiş".

Azərbaycanın tanınmış yazıçılarından Rafiq Tağı bu gün xəstəxanada anidən dünyasını dəyişib. İlkin müayinə zamanı onun boğulmadan keçindiyi müəyyən edilib. Yazıçının qardaşı İlqar Tağı Amerikanın səsinə bildirib ki, Rafiq Tağı dünyasını dəyişərkən o və mərhumun oğlu onun yanında olub. Rafiq Tağı anidən qardaşına bildirib ki, bir neçə dəqiqə əvvəl qəbul etdiyi mayeni geri qaytarmaq istəyir. Qardaşı ona salafan torba verib və yazıçı mayeni geri qaytarıb. Elə bu zaman İlqar Tağı qardaşının gözlərinin açılı qaldığını və nəfəsinin kəsildiyini görüb.

Həkimlər özünü yetirənədək artıq Rafiq Tağı dünyasını dəyişmişdi. Yazıçının müalicə həkimi Nizaməddin Ələsgərov bildirib ki, bir qədər əvvəl o xəstə ilə görüşüb və Rafiq Tağı çox normal durumda olub.

XS
SM
MD
LG