Accessibility links

Azərbaycan Ziyalılar Forumu: Rafiq Tağının qətli söz azadlığına və dövlətin dünyəvi əsaslarına qarşı cinayətdir


Azərbaycan Ziyalılar Forumu: Rafiq Tağının qətli söz azadlığına və dövlətin dünyəvi əsaslarına qarşı cinayətdir
Azərbaycan Ziyalılar Forumu: Rafiq Tağının qətli söz azadlığına və dövlətin dünyəvi əsaslarına qarşı cinayətdir

Ziyalılar Elmar Hüseynovun qatillərinin, jurnalistlərə qarşı basqınlar törədən, onları oğurlayan və döyən şəxslərin tapılıb cəzalandırılmasını tələb edir.

Azərbaycan Ziyalılar Forumu məşhur publisist Rafiq Tağının qətli ilə əlaqədar bəyanatla çıxış edib.

Sənəddə bu cinayətin cəmiyyətdə çox ciddi rezonans və həyəcan doğurduğu qeyd olunur.
“Bu, təkcə onun doğmalarının və yaxınlarının faciəsi deyil, ölkəmizdə söz və özünüifadə azadlığına yönəlmiş terror aktı, vətəndaş cəmiyyətinə və dövlətimizin dünyəvi əsaslarına qarşı cinayətdir”.
“Azərbaycan cəmiyyətində onsuz da dövlət orqanlarının Azərbaycan vətəndaşlarının əsas hüquq və azadlıqlarına zəmanət verməsi ilə bağlı çox sayda problem var. Rafiq Tağıya qarşı cinayət bu siyahıya yeni problemlər - yaşamaq, ekstremizmdən və zorakılıqdan müdafiə hüquqlarına zəmanət məsələsini əlavə edir”, - deyə bəyanatda bildirilir.
“Ölkəmizdə ötən illərdə jurnalistlərə, müstəqil KİV nümayəndələrinə qarşı törədilmiş bir çox cinayətlərin üstü indiyədək açılmayıb. Elmar Hüseynovun qatilləri, jurnalistlərə qarşı basqınlar törədən, onları oğurlayan və döyən şəxslər zamanında ciddi cəza çəksəydi, yəqin ki, bu cinayətin təşkilatçıları belə bir addımı çətin atardı. Buna görə bu kimi cinayətlərin bundan sonra da cəzasızlığının təhlükəsini və mümkün ağır nəticələrini dərk etmək çağırışı ilə dövlət orqanlarına müraciət edirik”, - deyə sənəddə qeyd edilir.

XS
SM
MD
LG