Accessibility links

Leyla Yunus: Məni indi də başqa iş üzrə prokurorluğa çağırırlar [Audio-müsahibə]


Leyla Yunus
Leyla Yunus

Onun sözlərinə görə Amerika və Avropadan olan donorların qrantları üzrə vergidən yayınma ilə bağlı cinayət işi qaldırılıb. Artıq bir sıra QHT rəhbərləri istintaqa çağırılıb.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus mayın 29-da yenidən Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə dəvət olunub.
Leyla Yunusla müsahibə
please wait

No media source currently available

0:00 0:04:48 0:00

Leyla Yunus Amerikanın Səsinə müsahibəsində bildirib ki, o prokurorluğa getməkdən imtina edib, qanunsuz olaraq həyat yoldaşı Arif Yunusun və özünün prokurorluqda saxlanan pasportların geri qaytarıldıqdan sonra istintaqa ifadə verəcəyini bildirib.

“Səhər saat 10:05-də xüsusilə mühüm işlər üzrə müstəntiq İbrahim Ləmbəranski mənə telefon edərək iki saatdan sonra prokurorluğa gəlməyimi istədi. O dəvətin məqsədini açıqlamadı. Mən isə pasportlar qaytarıldıqdan sonra gələcəyini bildirdim”.

Onun sözlərinə görə bundan bir saat sonra evlərinə prokurorluğun əməkdaşı gəlib və onun istintaq idarəsinə getməsini bildirib. “Mən ondan soruşdum ki, pasportları gətiribsən? Dedi gətirməmişəm və evimin qapısını açmadım”, Yunus bildirib.

Leyla Yunus güman edir ki, indiki anda prokurorluğam həbsdə olan jurnalist Rauf Mirqədirovun Ermənistana casusluq ittihamı ilə bağlı dəvət etmirlər. “Nümayəndəm deyib ki, hazırda prokurorluqda ABŞ və Avropadan olan donorların qrantları üzrə vergidən yayınma ilə bağlı cinayət işi başlanıb. Məni Mirqədirova qarşı qaldırılmış cinayət işi üzrə həbs edə bilmədilər. İndi başqa iş üzrə şahid qismində dəvət edirlər”, deyə o qeyd edib.

L.Yunus mayın 30-da saat 13-14 iradələrində Nəriman Nərimanov prospekti 125-də yerləşən evinə polislərin gələcəyini ehtimal edir. “Polislər məni istintaqa aparmaq üçün gələcəklər”, hüquq müdafiəçisi bildirib.

O pasportunun alınmasını, evində axtarış aparılmasını, hava limanında saxlanmasını qanunsuz hesab edir. “Bununla bağlı məhkəməyə şikayətlər vermişəm, ancaq şikayətlərim təmin edilmir”, Yunus deyib.

Xatırladaq ki, Leyla və Arif Yunuslar aprelin 28-də Fransaya konfransa yola düşməzdən əvvəl Bakı aeroportunda saxlanılıblar. Onlara qarşı rəsmən heç bir ittiham irəli sürülməyib. Lakin hökumətyönümlü KİV onu erməni QHT-lərilə əməkdaşlıqda ittiham edib.

Mövzuya uyğun

XS
SM
MD
LG