“Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansı “Ayna- Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun, ictimai fəal, hüquq müdafiəçisi Emil Məmmədovun qanunsuz həbsindən və digər tanınmış hüquq müdafiəçisi Leyla Yunusa qarşı hakimiyyətin həyata keçirdiyi düşmən siyasətindən, eyni zamanda tanınmış jurnalist Pərviz Həşimliyə qanunsuz olaraq 8 il həbs cəzası verilməsindən dərin narahatlığını bildirir. Bu siyasətin dərhal dayandırılmasını, həbs olunanların azadlığa buraxılmasını tələb edir. Bu barədə “Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansının bu gün yaydığı bəyanatda deyilir.
Sənəddə deyilir ki, mövcud hakimiyyətin fərqli düşüncəyə malik ictimai siyasi fəallara qarşı intiqam almaq və divan tutmaq siyasəti davam etməkdədir. “Əsgər ölümlərinə son” aksiyasında iştirak etdiklərinə görə NİDA Vətəndaş Hərəkatının 8 üzvünə 6 ildən 8 ilə qədər qanunsuz və absurd həbs cəzası verən Əliyev rejimi gənclərimizi vətəni sevdikləri üçün cəzalandırır. Bu cəza xalqa və onun gələcəyi olan gənclərə qarşı ən ağır qisas və intiqam cəhdidir. Məhkəmə hökmünə etiraz edənlərə qarşı elə həmin gün polisin həyata keçirdiyi zorakılıq aktları və qanunsuz həbslər isə hakimiyyətin insanların etiraz hüququnu boğmaq və onları qorxutmaq üçün həyata keçirdiyi ənənəvi repressiya metodlarının tərkib hissəsidir”, bəyanatda qeyd edilir.
Öz növbəsində Azərbaycan iqtidarı ölkədə siyasi həbs və təzyiqlərin olmadığını bildirir. Rəsmi Bakı insanların yalnız qanuna zidd əməllərinə görə həbs edildiyini bəyan edir.