“Ayna – Zerkalo” qəzetinin yazarı Rauf Mirqədirovun həbsindən 10 günə yaxın vaxt keçir.
Bu siyasi mülahizələrlə jurnalistə qarşı irəli sürülmüş əsassız ittihamdır və belə ittihamlar bir qayda olaraq kütləvi repressiyalar keçirmək üçün totalitar, avtoritar rejimlərdə “moda” olur.
Bu barədə Milli Şuranın mətbuat xidmətindən Amerikanın Səsinə daxil olan bəyanatda deyilir.
Milli Şura hesab edir ki, Rauf Mirqədirovdan sonra hədəf hüquq müdafiəçisi Leyla Yunusdur.
"Hədəf kimi tanınmış hüquq müdafiəçisi Leyla Yunusun və onun həyat yoldaşı, politoloq Arif Yunusun götürüldüyü göz qabağındadır. Ola bilsin dairə genşlənə də bilər. Anar Məmmədlinin həbsi ilə sonuncu müstəqil seçki monitorinq təşkilatı sıradan çıxarıldı. Görünür Leyla xanımı hədəfə almaqla hakimiyyət siyasi məhbus məsələsinə “xitam vermək” niyyətindədir", sənəddə qeyd edilir.
Milli Şura hesab edir ki, Mirqədirovun həbsi və Leyla Yunusun hədəfə alınması çoxgedişli bir prosesdir.
"Leyla xanım Demokratik Qüvvələrin Milli Şurasının rəhbər heyətində təmsil olunduğu üçün “vətənə xəyanət” ittihamını son nəticədə Milli Şuraya qarşı yönəltmək cəhdləri də istisna edilə bilməz", Milli Şura bildirir.
Milli Şura jurnalistin həbsini cəmiyyətdə qorxu xofunun bərqərara edlməsikimi dəyərləndirir. "Biz Milli Şura olaraq siyasi mülahizələrlə vətəndaşların təqib edilməsini, Rauf Mirqədirov kimi vətənpərvər bir jurnalistin saxta ittihamlarla həbs edilməsini qəti şəkildə pisləyirik və bunu cəmiyyətdə qorxu xofunun bərqərar edilməsinə, idarə olunan cəmiyyət yaradılmasına cəhd kimi qiymətləndiririk", bəyanatda bildirilir.