Accessibility links

ABŞ Dövlət Departamenti: Rauf Mirqədirovun həbsindən narahatıq


Jen Psaki, ABŞ Dövlət Departamentinin sözçüsü
Jen Psaki, ABŞ Dövlət Departamentinin sözçüsü
“Biz Rauf Mirqədirovun Türkiyədən deportasiya olunması və Azərbaycanda həbs edilməsi barədə xəbərləri yaxından izləyirik,” deyə ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki Amerikanın Səsinin müxbirinin sualına cavabda bildirib.

Rəsmi Vaşinqton “Ayna-Zerkalo” qəzetinin jurnalistinin Bakıya gəlişindən dərhal sonra həbs edilməsindən narahatlığını ifadə edib.

“Biz həmçinin onun həbsinin Azərbaycan hökumətini tənqid edən yazılarla, yaxud onun regionda gərginlikləri azaltmağa və etimadı gücləndirməyə yönəlik xalqlararası proqramlarda iştirakı ilə əlaqəli olduğu barədə iddialardan dərin narahatlıq keçiririk,” deyə Dövlət Departamentinin təmsilçisi əlavə edib.
Rauf Mirqədirov
Rauf Mirqədirov


Dövlətə xəyanət ittihamı ilə həbs edilmiş “Ayna-Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirov son illərdə ailəsi ilə birgə Türkiyədə yaşayıb. Türkiyə baş naziri Ərdoğanın Azərbaycana səfərindən bir neçə gün sonra, aprelin 17-də onun akreditasiyası səbəb göstərilmədən ləğv edilib. Mirqədirov Türkiyədə saxlanıb aprelin 19-da təyyarə ilə Azərbaycana göndərilib. Elə həmin gün Bakı Hava limanında jurnalist saxlanıb və aprelin 21-də dövlətə xəyanətdə şübhəli şəxs qismində barəsində 3 ay həbs qətimkan tədbiri seçilib. O Ermənistanın xeyrinə casusluqda günahlandırılır və Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır.

Mirqədirov ittihamı qəbul etmir və sifariş kimi qiymətləndirir.
XS
SM
MD
LG