Accessibility links

Vəkil: Əbdül Əbilov dərhal azadlığa buraxılsın [Video]


Vəkil Xalid Bağırov:Mən tələb edirəm ki Əbdül Əbilov dərhal elə bu saat azadlığa buraxılsın
please wait

No media source currently available

0:00 0:02:26 0:00

Vəkil Xalid Bağırov: Əbdül Əbilov dərhal azadlığa buraxılsın

Məhkəmə aprelin 24-nə təyin olunub

Aprelin 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə 31 yaşlı Facebook iştirakçısı Əbdül Əbilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Facebook fəalı Əbdül Əbilov noyabrın 25-də narkotik ittihamı ilə həbs edilib. Nərimanov Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

Əbilov Facebook-da “Yaltaqlara dur deyək!” səhifəsi yaradıb və o, saxlanıldıqdan sonra səhifə bağlanıb. Onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb.

Bu günki hazırlıq iclasında vəkil Xalid Bağırov iki vəsatət qaldırıb.
O, bildirib ki, müdafiə etdiyi şəxs 22 mart tarixindən idniyədək həbsdədir.

Əbdül Əbilovun qanunsuz həbsdə olduğunu iddia edən vəkil Avropa İnsan Haqqları Konvensiyasının 5-ci maddəsi (azadlıq və toxunulmazlıq) hüququnun, konstitutsion hüququnun pozuduğunu deyib.

Vəkil bildirib ki, gənc fəalın həbsdə saxlanılması üçün heç bir əsas yoxdur.

Beləki həbs qətimkan tədbiri ilə bağlı Cinayət Prosesual Məcəlləsi ilə Avropa Konvensiyası arasında ziddiyətlər var və bu ziddiyyətlər aradan qaldırılmayıb.

“Mən tələb edirəm ki Əbdül Əbilov dərhal, elə bu saat azadlığa buraxılsın. Çünki bu əks təqdirdə Konvensiyanın əsas müddəalarının pozulması deməkdir”, deyə o bildirib.

Vəkil Xalid Bağırov 2-ci vəsatəti təqdim edərkən işi aparan kollegiyanın digər hakimi Eynulla Vəliyev Xalid Bağırova vəkil mantiyasının niyə geyinmədiytini və Vəkillər Kollegiyasına hörmət etməyi irad tutub.

Bu zaman Xalid Bağırov “O xalatın nüfuzunu sistem yaratmalıdır. Mən burada Don Kixot kimi döyüşürəm”, deyə fikrini bildirib.

Vəkilin bu sitatlarından sonra zalda alqış səsləri gəldi.

Hakim əl çalanların dərhal zaldan uzaqlaşdırılmasını və 10 dəqiqəlik fasilə olduğunu bildirib.

Fasilədən sonra hazırlıq iclası davam edib.

Xalid Bağırov 2-ci vəsatətində bu cinayət işi üzrə yersiz sübutların işdən xaric edilməsini istəyib.

Onunla əsaslandırıb ki, sübutlar toplanılarkən əməliyyat axtarış haqqında qanun pozulub, istintaq hərəkəti məhkəmənin qərarı olmadan aparılıb, ibtidai istintaq zamanı ilkin ifadələr təzyiq altında aparıldığından sübutlar siyahısından çıxardılmalıdır.

Vəkil bu qanun pozuntularının presidenti olaraq Konvensiyanın 8-ci (şəxsi həyata və ailə həyatına hörmət hüququ) maddəsinin kobud pozuntusu kimi qiymətlənmdirib.

Vəsatətlərin müzakirəsinə gəldikdə isə dövlət ittihamçısı vəsatətlərin məhkəmədən təmin olunmamasını xahiş edib.

Təqsirləndirilən şəxs vəsatətə fikrini bildirərkən, "mən təzyiq altında olmuşam", sözünü yarımçıq kəsən hakim işin mahiyyəti üzrə danışmasını deyib.

Hakim vəsatətləri təmin etməyərək, məhkəmə baxışını aprellin 24-nə təyin edib.

Əbdül Əbilovun anası Nurcahan Əbilova Amerikanın Səsinə müsahibəsində oğlunun günahsız olduğunu bildirib. Onun dediyinə görə, oğlu narkotikin necə olduğunu belə bilmir.

O, oğlunun cibinə narkotik atıldığını gözü ilə gördüyünü deyir.

"Mənim milyon faiz ümidim var idi ki, uşağım çıxıb mənimlə evə gedəcək. Ailəsinin yanına", ana deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG