Accessibility links

ABŞ senatoru Azərbaycan hökumətini insan hüquqlarına hörmət etməyə çağırıb


 Ben Cardin- ABŞ Helsinki Komissiyası sədri
Ben Cardin- ABŞ Helsinki Komissiyası sədri

Konqresmen Chris Smith də jurnalistin həbsindən, Arif və Leyla Yunusovlarla bağlı baş verənlərdən narahatdır. Senator və konqresmen hökuməıti NİDA-çıların ittihamlarına yenidən baxmağa çağırır

ABŞ Helsinki Komissiyasının sədri, ABŞ senatoru Ben Cardin Azərbaycan hökumətini insan hüquq və azadlıqlarına hörmət etməyə çağırıb.

Ben Cardinin bəyanatında NİDA-çı gənclərin məhkəməsinə toxunub :

«Mən, bu uzunmüddətli azadlıqdan məhrumetmə hökmlərindən, aclıq elan etmiş gənclərin səhhətindən və durumundan son dərəcə narahatam.

Bu gənclərin həbsi, irəli sürülmüş ittihamların siyasi motivli olması və hökumətin tənqidçilərinin susdurulmasına yönəlməsi ilə bağlı inandırıcı iddialar narahatlıq doğurur”, o bildirib.

ABŞ senatoru Azərbaycan hökumətini ittihamlara yenidən baxmağa, bu işdə qanunun aliliyinin və ədalətin təmin edilməsinə çağırıb.

Öz növbəsində ABŞ-ın Helsinki Komissiyasında həmsədri, konqresmen Chris Smith jurnalist Rauf Mirqədirovun həbsindən, Leyla və Arif Yunusovların hava limanında saxlanmasından və onlar barəsində aparılan təhqiqatdan narahatlığını ifadə edib.

“Mən Avropada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatının üzvü olan Azərbaycanı bu işə, səkkiz fəalın azadlığa buraxılması perspektivinə yenidən baxmağa və bir daha qanunun aliliyinə sədaqət göstərməyə çağırıram. Bu ATƏT-in təməl ideyasının – "insan haqlarına ehtiramın sabitlik və təhlükəsizliyi artırdığının" həqiqiliyini dəfələrlə nümayiş etdirib", konqresmen deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG