Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin əməkdaşları mayın 6-da Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın Bakının Nizami rayonu, Qara Qarayev 32 (Qara Qarayev metrosunun yaxınlığı) ünvanda yerləşən mənzilində üç saatdan çox axtarış aparıb.
Mətanət Əzizova axtarış zamanı mənzilində olmayıb. Qapıları müstəntiqlərə Əzizovanın həyat yoldaşı açıb.
Əzizovanın nümayəndəsi Samirə Ağayeva Amerikanın Səsinə bildirib ki, axtarış nəticəsində mənzildən üm kompüter, flaş kart, visit kartları, evin sənədləri götürülüb.
Axtarış yerli vaxtla saat 20.40-də başa çatıb.
Samirə Ağayeva bildirib ki, bundan öncə Mətanət Əzizova prokurorluqda Rauf Mirqədirovun cinayət işi üzrə iki gün dindirilib.
Hüquq müdafiəçisinin mənzilində axtarış “Ayna-Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirovun dövlətə xəyanət ittihaməı ilə Ermənistanın xeyrinə caususluqda gübahlandırlaraq həbsindən sonra aparılıb.
Bundan öncə “Sülh və Demokratiya” İnstitunun rəhbəri Leyla Yunusun mənzilində və ofisində, Rauf Mirqədirovun ailəsinin Ankarada yaşadığı evdə, “Ayna-Zerkalo” qəzetinin redaksiyasında axtarışlar aparılıb. Yerli media hüquq müdafiəçilərinin Ermənistan hüquq müdafiəşiləri ilə birgə layihələrdə iştirak etdiyini bildirir.
Rauf Mirqədirov aprelin 19-da həbs edilib. O ittihamı qəbul etrməkdən imtina edir. Mirqədirov ittihamı sifariş hesab edir.