Prezidentin əfv fərmanı siyasi məhbuslar problemini həll etməməklə hüquq müdafiəçilərini məyus edib.
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Amerikanın Səsinə müsahibəsində bildirib ki, əfvlə siyasi məhbus problemini həll etmək mümkün deyil. “Bizim siyahıda 130 nəfər siyasi məhbus var. Onlardan 41 nəfəri vicdan məhbusudur. Mən bildirdim ki, hansısa 28 nəfərin adını əfv edilməsi üçün veriblər, qalanlar gələn dəfəyə qalsın və ya yenidən işlərinə məhkəmə baxsın. Azərbaycanda müstəqil məhkəmə yoxdur. İndi siyahıda heç onların təqdim etdikləri də yoxdur və bu əfv əvvəlki əfvlərdən fərqlənmir”, o qeyd edib.
Hüquq müdafiəçisi deyib ki, “ildə iki dəfə jurnalistlər və vətəndaşlar elə bil ağlını itirir. May və dekabr ayında, iki həftə əvvəldən zəng edirlər ki, əfv olacaq, əfv olacaq... Azərbaycanda əfvlə siyasi və vicdan məhbuslarının problemi həll olunmur. Əfv vətəndaşlar üçün ortaya atılmış oyundur”.
Yunus Avropa Şurası iə Azərbaycan arasında imzalanmış 2014-2016-cı il üçün fəaliyyət planını Kommunist Partiyasının qurultayının direktivləri ilə müqayisə edib. “Bu proqram Sovet İttifaqı Kommunist Partiyasının 25-ci qurultayın qərarlarından fərqlənmir. Burada çox gözəl sözlər var, hər şey insan üçündür. Ədalətli və müstəqil məhkəmə olsun. Sovet vaxtında kommunizm olacağına ağıllı insan inanmırdı. İndi də eyni siyasətdir”, o qeyd edib.
O vəziyyətdən çıxışı belə görür. “Azərbaycan vətəndaşları özləri ölkədə qanun və demokratiya olmasını tələb etməlidir. Heç bir beynəlxalq təşkilat bizə kömək edə bilməz. Biz haqqımıza nail olmasaq, necə qul kimi yaşamışıqsa, eləcə də qul kimi yaşayacağıq”, hüquq müdafiəçisi bildirib.
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu əfv fərmanından məyusdur. “Bu əfv fərmanı bizi məyus etdi. Bir neçə hüquq müdafiəçisi əfv üçün 30 nəfərdən ibarət siyahı təqdim etdik. Amma o sıradan cəmi 5 nəfər azad edilib. Əsas da bunu gətirirlər ki, bu şəxslərin apellyasiya məhkəmələri keçirilməyib. O zaman biz alternativ yol təklif edirik. AŞPA-nın iyun sessiyasına kimi bu siyahıda adları olan Tofiq Yaqublunun, İlqar Məmmədovun, Yadigar Sadıxlının, “NİDA”çıların, keçmiş səhiyyə naziri Əli İnsanovun, Əvəz Zeynallının, Hilal Məmmədovun apellyasiya məhkəmələri keçirilsin”.
Əgər rəsmi Bakı AŞPA-nın iyun sessiyasına kimi 30 nəfər siyasi məhbusu həbsdən azad etməsə sessiya zamanı 30 nəfər yox, 130 nəfər məhbusa görə Azərbaycan Avropa Şurasının tənqid hədəfi olacaq”, deyə hüquq müdafiəçisi bildirib.
İnsan hüquqları və qanunçuluğa riayət edilməsi üzrə Büronun rəhbəri Səidə Qocamanlı qeyd edib ki, hüquq-müdafiə təşkilatlarının Monitorinq Qrupunun siyahısından jurnalistlər Fərəməz Allahverdiyev və Fuad Ağayev, habelə gənc fəal Daşqın Məlikov əfv olunub. Onun fikrincə bəzi siyasi məhbuslar, xüsusən İlqar Məmmədov, Tofiq Yaqublu, Yadigar Sadıqov və 8 NİDA fəalı apellyasiya məhkəmələri zamanı azad edilə bilər.
“Əfvlərlə siyasi məhbuslar problemini həll etmək olmaz. Problem o vaxt həll ediləcək ki, insanların siyasi motivlərlə təqibinə son qoyulsun”, deyə Hüquq-Müdafiə və Maarifləndirmə Cəmiyyətinin rəhbəri Rəsul Cəfərov bildirib.