Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçisi Leyla Yunusun mənzilində qanunsuz axtarışla bağlı şikayətini təmin etməyib.
Eyni zamanda, Nəsimi rayon məhkəməsi Arif və Leyla Yunusa aid çantalarda Bakı hava limanında qanunsuz axtarış aparılması ilə bağlı şikayətinə baxmaqdan imtina edib.
Həmçinin, Nəsimi məhkəməsi Yunusların pasportlarını əllərindən almış və ölkəni tərk etməsini qadağan edən müstəntiqlərin qanunsuz əməllərindən verilmiş şikayətə baxmaqdan imtina edib. Məhkəmə birinci instansiya məhkəməsinin belə məsələlərə baxmaq səlahiyyəti olmadığına istinad edib.
Lakin vəkil Xalid Bağırov bildirib ki, qanunsuz əməllərlə bağlı şikayətləri Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən qəbul edilib və baxılır.
Daha bir iddia Arif Yunusun şəxsi hesabındakı vəsaiti verməkdən imtina etməsi ilə əlaqədar Unibank ASC-yə qarşı verilib.
Eyni zamanda Avropa Yenidənqurma və İnkişaf Bankının mərkəzi ofisinin Azərbaycanın Unibank ASC-nin Leyla və Arif Yunus ailəsinə məxsus pulu verməkdən imtina etməsi barədə hadisədən xəbəri var.
Leyla Yunus Amerikanın Səsinə bildirib ki, o, Unibank nümayəndələrinin qanunsuz əməllərindən şikayətinin tədqiq edildiyi və yoxlamanın nəticələri haqqında ona məlumat veriləcəyi barədə cavab alıb. Xüsusən, şikayətin tədqiqi ilə nəzarət şöbəsinin rəisi məşğul olur, deyə AYİB-nin cavabında bildirilir.
“Şikayətləriniz atılmış addımların qanuniliyinə baxılması üçün Unibank layihəsinə rəhbərlik edən əməkdaşlara verilib. Onlar mümkün sanksiyalar haqqında qərar qəbul edəcəklər”, deyə cavabda qeyd edilir.
Unibank bir neçə gün əvvəl Arif Yunusn 8 min avrodan çox şəxsi pullunu verməkdən imtina edib. Buna aydın izahat verilməyib.
AYİB-nin Unibankda pay iştirakı 15,1515% təşkil edir.