Accessibility links

Leyla Yunus: Azərbaycanda axırıncı səsləri kəsmək istəyirlər [Video-Müsahibə]


Leyla Yunus: Azərbaycanda axırıncı səsləri kəsmək istəyirlər
please wait

No media source currently available

0:00 0:04:49 0:00

Leyla Yunus: Azərbaycanda axırıncı səsləri kəsmək istəyirlər

Sülh və Demokratiya İnstitutunun direktorunun Amerikanın Səsinə müsahibəsi

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Amerikanın Səsinə müsahibəsində son həbslər, həyat yoldaşı Arif Yunusla birgə Bakı hava limanında saxlanması, evində və ofisində qanunsuz axtarış aparılması, xəstəxanaya düşmüş həyat yoldaşının səhhəti və ölkədə insan hüquqlarından danışıb.

“Jurnalist Rauf Mirqədirovun həbsi qanunsuzdur. Onun barəsində istintaq faktiki dayanıb. Onunla aprelin 19-da və 20-də danışıblar. Sonra Mirqədirovun istintaqı dayanıb”, Yunus bildirib.

Aprelin 28-də Leyla və Arif Yunus Bakı hava limanında saxlanıb. “Bizim saxlanmağımız üçün order və məhkəmə qərarı yoxdur. Bizi saxladılar, pasportlarımızı aldılar. 26 saat ərzində məni buraxmadılar. Mənə qarşı işgəncə oldu. Arif buna dözmədi, təcili yardım çağırdıq. Amma müstəntiq İbrahim Ləmbəranski 40 dəqiqə təcili yardım həkimlərinin Arifə baxmasına imkan vermədi. Sonra Arifin xəstəxanaya aparılmasına nail olduq. O indi də xəstəxanadadır”.

İstintaq Leyla Yunusdan Rauf Miqrədirovla bağlı sorğu-sual edib. “Soruşdum ki, hansı qanun daxilində, hansı məhkəmə qərarı ilə məni dindirirsiniz. Dedilər ki, şahid qismində dindiririk. Onlar soruşdular ki, Rauf Mirqədirovla birgə Yerevana getmişəm? Mən də dedim ki, heç zaman Yerevana getməmişəm, Tbilisidə də bir dəfə 1965-ci ildə olmuşam”.

Yunus həyat yoldaşının səhhətinin hazırda da yaxşı olmadığını deyib. “Dünən onunla görüşəndə təzyiqi yenə yüksək idi. Əgər 60 yaşlı kişinin üzünə deyirlərsə ki, səni zorlayacağıq, gözünün qarşısında arvadını zorlayacağıq”.

O saxlanmasının insan hüquqları ilə məşğul olması ilə bağlı olduğunu deyir. “İlham Əliyev Brüsseldə dedi ki, Azərbaycanda siyasi məhbus yoxdur. Leyla Yunus isə siyasi məhbusların adbaad açıqladı, onların həbsinin səbəblərini ictimaiyyətə göstərdi və sayta yerləşdirdi. Hər bir siyasi məhbusun adının yanında həbsinin motivləri ilə bağlı sübutlar var”.

Azərbaycanda 130 siyasi məhbus var, onlardan 42-si vicdan məhbusudur. “İndi imkan var. Hamı Ukrayna ilə məşğuldur. İlham Əliyev də bundan istifadə edərək istəyir ki, Azərbaycanda axırıncı səsləri kəssin”.

Onun fikrincə ölkədə insan hüquqları sahəsində islahatların baş verməsi üçün ilk öncə vətəndaşlar qanun daxilində hərəkət etməlidir. “Beynəlxalq ictimaiyyətin Azərbaycanda vəziyyəti dəyişəcəyinə ümid etmək olmaz”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG