ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevi yenidən prezident vəzifəsinin icrasına başlaması münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir:
“Üçüncü müddətə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinin icrasına başlamağınız münasibətilə Sizə ən xoş arzularımı yetirirəm. Strateji tərəfdaşlığımız üzrə önəmli məsələlərə dair müzakirələrimizi davam etdirməyi səbirsizliklə gözləyirəm. İyirmi ildən artıq davam edən ikitərəfli əlaqələrimiz regional sabitliyə mühüm töhfələr vermişdir. Biz bu müddət ərzində Azərbaycanın əldə etdiyi uğurlu iqtisadi və sosial tərəqqini alqışlayır və tərəfdaşlığımızın gücləndirilməsinə, eləcə də ortaq çağırışlar üzrə əməkdaşlığımızın dərinləşdirilməsinə sadiq qalırıq.
Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası bir sıra məsələlər üzrə həm ikitərəfli şəkildə, həm də son zamanlarda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında yaxından əməkdaşlıq edir. Biz, Əfqanıstanda tərəfdaşlığınızı və terrorizmlə mübarizə sahəsində birgə əməkdaşlığımızı dəyərləndiririk. Biz, Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə nizamlanmasına nail olmaq məqsədilə tarixi fürsətdən yararlanmaq üçün Sizinlə əməkdaşlıq etməyə hazırıq və bu ayın sonlarında keçiriləcək görüş ilə bağlı Sizin və Prezident Sarkisyanın qərarını alqışlayırıq. Biz, Cənub Enerji Dəhlizinin inkişafının dəstəklənməsi, iqtisadiyyatın şaxələndirilməsi, regional sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə təkan verəcək islahatların davam etdirilməsinə sadiq qalırıq.
Əməkdaşlıq və tərəfdaşlığımızın tam potensialına nail olmaq məqsədilə Azərbaycanın uzunmüddətli sabitliyi və inkişafının təmin edilməsində çox vacib olan demokratik proseslərin ölkəniz tərəfindən gücləndiriləcəyinə ümidvarıq. Seçkidən sonra qeyd etdiyimiz kimi, biz, Azərbaycanı birləşmək, toplaşmaq və ifadə kimi ümumi azadlıqlara hörməti artırmağa, siyasi plüralizm və məhkəmə müstəqilliyini təşviq etməyə, habelə seçki sistemini gücləndirməyə dəvət edirik. Azərbaycanla tərəfdaşlığımız sözügedən səylər sayəsində daha da möhkəmlənməyə davam edəcəkdir.
Sıx əməkdaşlığımızın davam etdirilməsini səbirsizliklə gözləyir, müstəqilliyinizin bərpasının iyirmi ikinci ildönümündə Sizə və Azərbaycan xalqına sülh və uğurlar diləyirəm.”
ABŞ Dövlət Departamenti prezident seçkilərindən sonra yaydığı bəyanatda səsvermənin gedişatı ilə bağlı ATƏT müşahidəçilərinin yekun rəyini paylaşdığını bəyan edib. Həmin rəydə ATƏT çoxsaylı qanun pozuntularını və saxtakarlıq hallarını əsas gətirərək Azərbaycanda keçirilmiş prezident seçkilərinin beynəlxalq standartlara uyğun gəlmədəyini bildirib. Müxalifət qüvvələrini tərkibində birləşdirən Milli Şuranın namizədi Cəmil Həsənli də seçkilərin prezident İlham Əliyevin xeyrinə saxtalaşdırıldığını iddia edərək səsvermənin legitimliyini tanımadığını bəyan edib.
2009-cu ildə Konstitutsiyada prezident hakimiyyəti üçün nəzərdə tutulmuş iki dönəmlik məhudiyyət barədə müddəanın ləğv edilməsindən sonra İlham Əliyev üçüncü dönəmə prezident olub. İlham Əliyev 2003-cü ildə həmin vaxt atası prezident olan Heydər Əliyev seçkilərə qatılmadıqdan sonra dövlət başçısı seçilmişdi.