Accessibility links

Mərkəzi Seçki Komissiyası ATƏT–in hesabatı ilə razılaşmır


Seçki qutusu
Seçki qutusu

Hesabatda seçkilərə hazırlığın gedişatına dair tənqidi fikirlər yer alıb

Mərkəzi Seçki Komissiyası (MSK) ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) Seçki Müşahidə Missiyasının bu günlərdə yaydığı aralıq hesabatına münasibət bildirib.

MSK hesabatda qadın prezidentliyə namizədin olmaması ilə bağlı irada münasibət bildirib.

MSK bildirir ki, gender bərabərliyi ölkə konstitusiyasının 25-ci maddəsi ilə təmin edilib.

Məlumatda deylir ki, qadınlar həm parlamentdə, həm də hökumətin və məhkəmə hakimiyyətinin tərkibində geniş təmsil olunurlar.

"Bu seçkilərdə də qadınların passiv seçki hüququndan istifadəsi üçün hər cür şərait yaradılıb.Qadınların yaradılan bu imkanlardan istifadə etməmələrinin hesabatda vurğulanması ən azı anlaşılmazdır".açıqlamada qeyd edilir.

2010-cu il parlament seçkilərindən sonra ATƏT/DTİHB-nin heç bir tövsiyəsinin əksini tapmaması ilə bağlı irada gəlincə, MSK o vaxt verilən 17 tövsiyədən 12-sinin qəbul edildiyini bildirir.

MSK bütün televiziya kanallarının hökumətin nəzarəti altında olması ilə bağlı irada gəlincə bildirib ki, Azərbaycanda bir dövlət, bir ictimai və 33 özəl televiziya kanalı (5 ölkə səviyyəli, 14 regional və 14 kabel) fəaliyyət göstərir.

“ATƏT/DTİHB-nin aralıq hesabatında təəccübə səbəb olan anlaşılmazlıqlar seçkiləri müşahidə missiyasının bu istiqamətdə fəaliyyətinin (seçki günü aparılan müşahidə də daxil olmaqla) daha da şəffaf qurulmasına zərurətin olması təəssüratı yaradır”, - MSK-nin açıqlamasında deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG