Accessibility links

Avropa İttifaqı Azərbaycanda ifadə azadlığının məhdudlaşdırılmasından narahatdır


Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Ketrin Eştonun və Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Ketrin Eştonun və Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle

Ali nümayəndə və komissar Cinayət Məcəlləsinə düzəlişlərin yekun təsdiqlənməsindən narahatlıqlarını bildirib

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Ketrin Eştonun və Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin mətbuat katibləri birgə bəyanatla çıxış edib.

“Ali nümayəndə və komissar Cinayət Məcəlləsinə düzəlişlərin yekun təsdiqlənməsindən narahat olduqlarını bildiriblər. Bu düzəlişlər İnternetdə böhtan və təhqirə görə cinayət cəzasını nəzərdə tutur.

Aİ Azərbaycanda ifadə azadlığının məhdudlaşdırılmasından narahatdır. 2013-cü il Azərbaycan üçün seçki ilidir. Ölkə demokratik seçkilər üçün şəraitin yaxşılaşdırılması barədə öhdəlik götürüb. Demokratik rəqabət üçün açıq platformanın yaradılmasından ötrü zəminlərdən biri ictimai informasiyanın bütün formalarında söz azadlığıdır.

Aİ dəfələrlə qəti şəkildə bəyan edib ki, diffamasiya haqqında cinayət qanunverciliyi əks-məhsuldardır. Təcrübə göstərir ki, vətəndaş tədbirləri kifayət qədərdir və ədliyyənin ehtimal edilən böhtan və ya təhqir hallarında effektiv və şəffaf fəaliyyət göstərməsinə imkan verir. Belə yanaşma beynəlxalq standartlara uyğundur.

Ali nümayəndə və komissar Azərbaycan hakimiyyətini plüralist diskussiyalar və üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi məqsədilə beynəlxalq biriiklə əməkdaşlıq üçün məkan yaratmağa çağırır. Aİ bu prosesdə Azərbaycana yardım etməyə hazır olduğunu bir daha bəyan edir”, - Aİ-nin Azərbaycandakı nümayəndəliyinin məlumatında deyilir.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG