Accessibility links

Hüquq müdafiəçiləri: Azərbaycanda ifadə azadlığının vəziyyəti ürəkaçan deyil


Xural qəzeti
Xural qəzeti

Hazırda qəzetlərdən tələb olunan cərimələrin məbləği 4 mln. manatı ötür. Ən çox cərimə edilən qəzetlər “Azadlıq” və “Yeni Müsavat”dır

Azərbaycanda ifadə azadlığının sərhəddi getdikcə daralır və yalnız vətəndaş cəmiyyətinin səylərinin konsolidasiyası sayəsində bunun qarşısını almaq olar. Bu gün Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Media Mərkəzdə keçirilən “Azərbaycanda ifadə azadlığını vəziyyəti” mövzusunda “dəyirmi masa”nın əsas leytmotivi belə olub.

Görüşü RATİ, İnsan Haqları İnstitutu və Beynəlxalq Mətbuata Dəstək Təşkilatı (İnternational media support) təşkil edib.

Media Hüququ İnstitutunun (MHİ) direktoru Rəşid Hacılı qeyd edib ki, Azərbaycan həbsxanalarında 9 jurnalistin və vətəndaş cəmiyyəti fəallarının saxlanması ifadə azadlığının vəziyyətinin göstəricisidir. O, digər indikator kimi “Azadlıq” qəzeti ilə bağlı durumu göstərib. Belə ki, qəzet məhkəmə cərimələri və nəşriyyata olan borcuna görə maliyyə təzyiqləri məngənəsindədir.

RATİ-nin direktoru Emin Hüseynov qeyd edib ki, bu il Bakıda iki böyük beynəlxalq tədbirin – Eurovision və İnternet İdarəçiliyi üzrə Qlobal Forum keçirilməsi ilə əlaqədar dünya birliyinin diqqətini insan hüquqları ilə bağlı problemə yönəltmək mümkün olub. Lakin buna baxmayaraq, vəziyyət yaxşılaşmayıb.

İfadə azadlığı problemi 2013-cü ildə prezident seçkilərinin azad və ədalətli keçiriləcəyini şübhə altına alır. Odur ki, vətəndaş cəmiyyəti diqqəti bu problemə yönəltməlidir.

O, Bakıda yaşayış evlərinin damlarından peyk antenalarının söküldüyünü qeyd edib ki, bu da hakimiyyətin “Azadlıq radiosu” televiziyasının və “Azadlıq” qəzetinin teleproqramlarına baxılmasına imkan verməmək cəhdi ilə bağlıdır.

İnternational media support regional proqramlar direktoru Gülnarə Axundova ifadə azadlığının müdafiəsi ilə bağlı ombudsman işinin zəif olduğunu bildirib. O, ifadə azadlığının pozulması faktlarının araşdırılması üçün ombudsman yanında işçi qrupunun yaradılmasını təklif edib.

MHİ-nin nümayəndəsi Xalid Ağəliyev qəzetlərə qarşı mülki iddiaların verilməsi tendensiyasının artdığını qeyd edib. Hazırda qəzetlərdən tələb olunan cərimələrin məbləği 4 mln. manatı ötür. Ən çox cərimə edilən qəzetlər “Azadlıq” və “Yeni Müsavat”dır. Belə ki, onların gələcək fəaliyyəti də sual altındadır. Digər problem isə mətbəələrin müxalifət qəzetlərinin nəşrindən imtina etməsidir.

Görüş iştirakçıları qeyd ediblər ki, bu təzyiqlərin qarşısını almaq üçün vətəndaş cəmiyyətinin səylərinin konsolidasiyası lazımdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG