Accessibility links

“Expression Online” Azərbaycanın internetlə bağlı məramlarından narahatdır


“Expression Online” koalisiyası Azərbaycan hökumətinin uşaqların pornoqrafiya və digər ziyanlı materiallardan qorunması adı altında online istifadəyə məhdudiyyətlər tətbiq etməsi planına görə narahatlığını bildirib.

Parlamentin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli ötən həftə bu kimi məhdudiyyətlərin Rusiya və digər ölkələrdə də tətbiq edildiyini, bunun qadağa deyil, yaş qruplarına qarşı tətbiq edilən məhdudiyyət olduğunu deyib.

“Expression Online” koalisiyası RATİ-nin (Reportyorların Azdalığı və Təhlükəsliyi İnstitutu) direktoru Emin Hüseynov, GHT-lər və ekspertlərin tənqidlərinə qoşularaq, Azərbaycan hökumətinin İnternetə senzura tətbiq etmək niyyətində olduğunu bildirib.

Təşkilat uşaq pornoqrafiyalarından müdafiə məqsədi ilə bir çox qanuni üsulların işlədiyini və İnternetdən istifadə edilməsinə məhdudiyyətlər qoyulmasına dair yeni qanuna ehtiyac olmadığını bildirib.

“Expression Online” koalisiyası Azərbaycan hökumətinin Bakıda təşkil edilən İnternet İdarəçiliyi Forumuna ev sahibliyi edib, özünü internetin inkişafını dəstəkləyən qlobal tərəfdaş kimi nümayiş etdirməsinə baxmayaraq, vədlərinə əməl etməməsinə görə təəssüfünü ifadə edib.

Koalisiya Azərbaycanı beynəlxalq öhdəliklər və prinsiplərə sadiq qalıb, İnterneti açıq saxlamaqla yanaşı, İnternetin ifadə azadlığı üçün ictimai forum kimi saxlanmasına çağırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG