Accessibility links

Miyatoviç Azərbaycanı jurnalistləri və fəalları həbsdən azad etməyə çağırıb


Dunya Miyatoviç Bakıda mətbuat konfransında
Dunya Miyatoviç Bakıda mətbuat konfransında

“Azərbaycanda həbsdə olan jurnalistlər, blogerlər və hüquq müdafiəçiləri azad edilsə daha yaxşı olar”.

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç Dublində keçirilən ATƏT Xarici İşlər Nazirlər Şurası iştirakçılarının diqqətini ifadə azadlığı sahəsindəki problemlərə çəkib.

“Çox şadam ki, ATƏT-də sədrlik edən İrlandiya KİV azadlığı məsələsini gündəliyə çıxarır”, deyə Miyatoviç dekabrın 6-da İrlandiya paytaxtında keçirdiyi mətbuat konfransında bildirib.

“İki həftə əvvəl jurnalistlərin hüquqları sahəsində vəziyyətlə bağlı çıxış etdim. Bir çox ölkələrdə bu sahədə pozuntular var. Jurnalistlər, blogerlər həbsxanalarda saxlanılır. Bütün ATƏT ölkələrində jurnalistlərin təhlükəsizliyi təmin edilməlidir”, deyə Miyatoviç bildirib.

Turan agentliyinin Dublindən verdiyi məlumata görə, o, həmçinin on-line ifadə azadlığı məsələsinə toxunaraq, 13-14 fevral 2013-cü ildə Vyanada İnternet azadlığı üzrə konfrans keçiriləcəyini bildirib.

Azərbaycanda mətbuat azadlığı sahəsində vəziyyət haqqında suala cavabda xanım Miyatoviç deyib.

“Bu yaxınlarda Azərbaycanda oldum, orada bütün qapılar üzümə açıq idi. Jurnalistlərlə də, hüquq müdafiəçiləri ilə də, ölkə rəhbərliyi ilə də görüşdüm. Amma bütün həbsdə olan jurnalistlərin, blogerlərin və hüquq müdafiəçilərinin azad edilsə daha yaxşı olardı”.

O qeyd edib ki, həmişə KİV azadlığı və jurnalistlərin təhlükəsizliyindən söz düşəndə səsini yüksəldir.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG