Accessibility links

Dunya Miyatoviç: Heç bir məhdudiyyət adamların azadlıq istəyinin qarşısını ala bilməyib [Video]


Dunya Miyatoviç: Heç bir məhdudiyyət adamların azadlıq istəyinin qarşısını ala bilməyib
please wait

No media source currently available

0:00 0:03:44 0:00

Dunya Miyatoviç: Heç bir məhdudiyyət adamların azadlıq istəyinin qarşısını ala bilməyib

Bakıda keçiriləcək İnternet İdarəçiliyi üzrə Qlobal Forum ərəfəsində beynəlxalq forum keçirilib. Forumda insan hüquqları və internet idarəçiliyindəki problemlər diqqət mərkəzində olub

“İnsan hüquqları və İnternet idarəçiliyi bir-biri ilə qırılmaz şəkildə əlaqəlidir”. Noyabrın 6-9-da Bakıda keçiriləcək İnternet İdarəçiliyi üzrə Qlobal Forum ərəfəsində noyabrın 5-də təşkil edilən beynəlxalq forumun leytmotivi belə olub.

Görüşün təşkilatçıları Expression Online Initiative, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ), İnsan Haqları Klubu və Media Mərkəzidir. Konfransda Azərbaycan hökumət nümayəndələri, vətəndaş cəmiyyəti institutları, KİV, beynəlxalq təşkilatların təmsilçiləri iştirak edib.

“İnternet və insan hüquqları bir-birini qarşılıqlı olaraq tamamlayır, onları bir-birindən ayrı təsəvvür etmək çətindr”, - ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç bildirib.

O 2012-ci il iyulun 6-da BMT İnsan Hüquqları Şurasının İnternetdə söz azadlığı ilə bağlı qəbul etdiyi xüsusi qətnaməni İnternetdə azadlığın müdafiəsi üzrə beynəlxalq səylərdə mühüm addım adlandırıb.

O deyib ki, bəzi dövlətlər İnternetin filtrasiyasını, ictimai maraqların, milli təhlükəsizliyin qorunması, terrorizmə qarşı mübarizə məqsədilə saytların bloklanmasını həyata keçirir. Lakin çox zaman bu tədbirlərdən tənqidi səslərin boğulması üçün istifadə olunur.

“İnternet virtual məkan deyil. Bu, həyatımızın mühüm hissəsidir. Odur ki, insan hüquq və azadlığını off-line və on-line rejimə bölmək olmaz. BMT-nin qətnaməsi həm off-line, həm də on-line azadlığın müdafiəsinə yönəlib.

Dövlətlərin saytları blok etmək cəhdləri uğursuzluqla nəticələnib. Təcrübə göstərir ki, heç bir məhdudiyyət adamların azadlıq istəyinin qarşısını ala bilməyib”, - Miyatoviç vurğulayıb.

Azərbaycanda ifadə azadlığının vəziyyətinə toxunan xanım Miyatoviç hökumətin “açıq qapılar” siyasətini müsbət qiymətləndirib.

O deyib ki, həbsi narahatlıq doğuran adamların bir çoxu azadlığa buraxılıb: Eynulla Fətullayev, Emin Milli, Adnan Hacızadə, Cabbar Cavalan, Zaur Qurbanlı, Bəxtiyar Hacıyev.

Lakin həbsxanalarda başqa jurnalistlər və blogerlər var. O, jurnalistlərin təqib edilməsinin, həbsinin, döyülməsinin və digər təzyiq formalarının yolverilməz olduğunu qeyd edib. O bildirib ki, ATƏT bir-birinin əleyhinə yox, problemlərin həlli məqsədilə hökumətlə işləmək istəyir.

RATİ-nin direktoru Emin Hüseynov deyib ki, IGF-yə hazırlıq çərçivəsində Azərbaycanda ifadə azadlığının vəziyyətinə dair araşdırma hazırlanıb. Burada İnternetdə vəziyyət təhlil edilib. O qeyd edib ki, hökumət mövcud problemləri inkar edərək İnternet azadlığının olduğunu bildirir.

Vətəndaş cəmiyyətinin fəalları hesab edirlər ki, Azərbaycanda İnternet qismən azaddır, ölkədə isə İnternet-dissidentlər var. Jurnalistlər, hüquq müdafiəçiləri, blogerlər on-line ifadəyə görə həbs olunurlar.

Digər problem İnternetin keyfiyyətsiz olmasıdır. Ölkədə 3,5 mln. istifadəçi var, lakin əksəriyyət köhnəlmiş dial-up texnologiyasından istifadə edir və sürətli İnternetdən məhrumdur. Provayderlərin təqdim etdikləri 3G texnologiyası da nominaldır, çünki İnternetin sürəti aşağıdır. Hökumətin siyasi iradəsinin olmamasına görə bu problemlər həllini tapmır.

Freedom House beynəlxalq hüquq- müdafiə təşkilatının nümayəndəsi Kortni Radş avtoritar dövlətlərdə İnternetin məhdudlaşdırılması praktikasına toxunub. Onun sözlərinə görə, Yaxın Şərq və Şimali Afrika ölkələrinin təcrübəsi göstərib ki, filtrasiya xalq etirazlarının qarşısının alınmasına zəmanət vermir və bütün bunlar “ərəb baharı” ilə nəticələnib.

O, Azərbaycanda vəziyyətə toxunaraq texniki inkişafın, İnternetin sürətinin zəif olduğunu qeyd edib. Odur ki, ölkə regionlarında adamlar youtube-a baxa bilmir. O hesab edir ki, bu, alternativ informasiyanın yayılmasının qarşısının alınması üçün edilir.

Beynəlxalq ekspert Con Kampfner qeyd edib ki, İnternetin insan azadlığına birbaşa aidiyyatı var. Terrorizm, ekstremizm və uşaq pornoqrafiyasına qarşı mübarizə insan haqlarının pozulması ilə həyata keçirilməməlidir.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, son 5 ildə Azərbaycanda İnternet ciddi inkişaf edib. “Sosial media açıqdır, siyasi və ideoloji senzura yoxdur”, - o vurğulayıb.

Lakin “Azadlıq” radiosunun şərhçisi Xədicə İsmayılova onunla razılaşmayıb.

“Azərbaycanda senzura var. Bu senzura qorxudur. Adamlar qorxurlar, onlar Milli Təhlükəsizlik Nazirliyində dindirilmək istəmirlər”, - o qeyd edib və sosial şəbəkələrdəki fikirlərə görə vətəndaşların təqib olunduğunu bildirib.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının üzvü Müşfiq Ələsgərli Azərbaycanın ərəb ölkələri ilə müqayisə olunması ilə razılaşmayıb. O hesab edir ki, Azərbaycanda ərəb modelinin təkrarlanmasının mümkünlüyü barədə təkidli xatırlatmalar yanlışdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG