Accessibility links

Avropa İttifaqı, ATƏT və Avropa Şurası Azərbaycan hökumətini jurnalistləri həbsdən azad etməyə çağırıb


Avropa İttifaqı və Azərbaycanın bayraqları
Avropa İttifaqı və Azərbaycanın bayraqları

Hər üç qurumun məsul rəsmiləri birgə bəyanatla çıxış edib

VII Beynəlxalq İnternet İdarəçilik Forumunun iclasında iştirak məqsədilə Bakıda səfərdə olan insan hüquqları üzrə Avropa Komissarı Nils Muiznieks, ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç və Avroma Komissiyasının vitse-prezidenti Neeli Kroes birgə bəyanatla çıxış edib.

Avropa İttifaqının Bakı ofisinin yaydığı bəyantda deyilir ki, hər üç qurum Azərbaycanda ifadə və media azadlığı hüquqlarının təmin edilməsi sahəsində irəliləyiş səylərini dəstəkləməyə hazırdır.

Azərbaycan hakimiyyətinin bu sahədə əməkdaşlığı gücləndirməyə hazır olmasını alqışlayan sənəd müəllifləri qeyd edirlər ki, “Azərbaycan hakimiyyətinin niyyətini jurnalistlərə qarşı cinayətlərin cəzasız qalmasına son qoymaq üçün bu cinayətlərin səmərəli və şəffaf araşdırılması təşəbbüsü təsdiq edərdi”.

İrəliləyişin daha bir göstəricisi bütün jurnalistlərin, blogerlərin və ifadələrinə görə azadlıqdan məhrum edilmiş vətəndaşların həbsdən azad edilməsi olardı, deyə sənəddə qeyd edilib.
Qanunvericiliyə zəruri dəyişikliklərin qəbul edilməsi, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq tövsiyələri nəzərə alınmaqla, diffamasiyaya görə cinayət məsuliyyətinin ləğvi də qəbul edilmiş öhdəliklərin təsdiqi olardı.

Sonda Muznieks, Miyatoviç və Kroes jurnalistlərin ifadə azadlığının təmin edilməsində rolunu, peşəkar standartların rolunu və əhəmiyyətini vurğulayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG