Accessibility links

RATİ: Mediaya təzyiqlər güclənir


RATİ_logo
RATİ_logo

Hüquq müdafiə institutu son günlər Azərbaycanda mediaya və jurnalistlərə təzyiqlərdən bəhs edən bəyanatla çıxış edib

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycanda mediaya qarşı misli görünməmiş təzyiqləri kəskin şəkildə pisləyir və bunu prezident seçkiləri ərəfəsində siyasi iğtişaşların qarşısını almaq məqsədi daşıyan hədə-qorxu kampaniyasının bir hissəsi hesab edir.

Təşkilatın bəyanatında deyilir ki, Azərbaycanın insan haqları sahəsindəki fəaliyyətinə BMT tərəfindən dövrü baxış və Ümumdünya Mətbuat Azadlığı Gününə bir neçə gün qalmış Azərbaycanda media azadlığı daha bir ağır zərbə alıb - 3 müxtəlif halda jurnalistlər fiziki və mənəvi təzyiqə məruz qalıb.

Belə ki, aprelin 19-da hökumətyönlü “Səs” İnternet TV “Azadlıq Radiosu”nun müxbiri Yafəz Həsənova böhtan atan və onu gözdən salmaq istəyən Naxçıvan sakinlərinin telefon danışığının səs yazısını yayımlayıb. Ekspertlərin MTN tərəfindən planlaşdırılığını hesab etdikləri bu hadisədən sonra Həsənovu susdurmaq məqsədilə ona qarşı buna bənzər digər hücumlar da təşkil olunub.

Daha sonra isə aprelin 25-də hökümətyönlü web-sayt tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılova haqda qondarma pornoqrafiya videosunu öz səhifəsində yerləşdirib. İsmayılovaya qarşı bu şantaj əməli jurnalist tərəfindən prezident və ailəsinin biznes maraqlarını ifşa edən daha bir səs-küylü yazının yazılmasının ardınca baş verib.

Aprelin 26-da “Yeni Müsavat” qəzetinin köşə yazarı Tofiq Yaqubluya qarşı daha ağır ittiham- Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) irəli sürülüb. Jurnalist bu ittihamla günahkar hesab olunsa onu 12 ilə qədər həbs cəzası gözləyir.

Aprelin 27-də isə nəqliyyat nazirliyinin işçiləri “Azadlıq” qəzetinin əməkdaşlarına hücum edib.

Qərbin hüquq pozuntularına son qoyulması tələbiylə təzyiqləri artırdığı bir vaxtda, oktyabr seçkilərinə hazırlaşan Azərbaycan hökuməti hədə-qorxu və şantaj kampaniyasını davam etdirir.

RATİ həmçinin repressiya dalğasının ABŞ Dövlət Departamentinin Azərbaycanda insan hüquqlarının pozulması (jurnalistlərə və demokratiya fəallarına qarşı hədə-qorxu, həbs və fiziki təzyiq halları) barədə ənənəvi illik hesabatının dərc olunmasından sonra daha da güclənməsinə diqqət çəkir.

Öz növbəsində rəsmi Bakı bir qayda olaraq ölkədə media azadlığının təmin edildiyini, jurnalistlərin sərbəst işləməsi üçün hökumətin şərait yaratdığını bəyan edir.

Digər tərəfdən isə son illər jurnalistlərə qarşı təzyiqlərdə iştirak edən hər hansı şəxs məhkəmə qarşısına çıxarılmayıb. Belə ki, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov və publisist Rafiq Tağının qatilləri tapılmayıb. “Bizim Yol” qəzetin baş redaktoru Bahəddin Həziyev, “Azadlıq” qəzetinin jurnalistləri Fikrət Hüseynli, Aqil Xəlil və digərlərinin oğurlanaraq fiziki zorakılığa məruz qalması, jurnalist İdrak Abbasovun döyülməsi də daxil olmaqla çoxsaylı zorakılıq halları ilə bağlı istintaqın hələ də nəticələri yoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG