Accessibility links

2012-ci ildə jurnalislərə qarşı qətllər artıb


Jurnalist - təhlükəli peşə
please wait

No media source currently available

0:00 0:03:34 0:00
2012-ci ildə 100-dən çox jurnalist peşə vəzifəsini yerinə yetirərkən həlak olub. BMT jurnalistlərin təhlükəsizliyinin artırılması təşəbbüsləri ilə çıxış edir.

2012-ci il Suriya, Homs. Xarici jurnalistlərin yaşadığı binaya hücum edilir. “Sunday Times” qəzetinin tanınmış müxbiri Mari Kolvin və Fransa jurnalisti Remi Oçlik həlak olur. Onların həmkarı fotoqraf Pol Konroy yaralanır.

Pol Konroy:”Haradansa zərbə gəldi. Mən ayağımdan yaralanmışam, Mari Kolvin və Remi isə ölmüşlər.”

Remi Oçlikin ölümündən bir az əvvəl çəkilmiş video. Bu, 2012-ci ildə jurnalist ölümülə bağlı baş vermiş ən dəhşətli hadisələrdən biri idi. Lakin keçən il jurnalistlərin həlak olduğu bir çox başqa hadisələr də baş vermişdi.

Şeffeld universitetində Media Azadlığı Mərkəzinin əməkdaşı Uilyam Horsli :”İctimiayyət və mətbuat dünya əhalisini jurnalistlərin ölümü və cəmiyyətlərdə qanunun aliliyi və təhlükəsizliyin təmin edilməsinə mane olması arasında əlaqəni başa salmalıdır.”

BBC-nin Jurnalistika Kollecinin oktyabr ayında keçirilən forumuna toplaşan dünya ölkələrinin media nümayəndələri jurnalistlərə qarşı hücumları müzakirə ediblər.

Təkcə 2012-ci ildə Somalidə təqribən 20 jurnalist qətlə yetirilib. Somalinin Milli Jurnalistlər Birliyinin üzvü Ömər Faruk:”Somalidə jurnalistrlər təkcə güllə ilə deyil, başları kəsilməklə öldürülür.”

Pakistanda da media Taliban üzvləri tərəfindən başından yaralandıqdan sonra Britaniyada müalicə olunub yenicə xəstəxanadan çıxmış yenieytmə qadın hüqurları fəalı Malala Yusufzai ilə bağlı xəbərləri verdiyinə görə təhlükə altındadır.

Pakistanı Geo TV televiziyasının əməkdaşı Həmid Mir:”Taliban biz Malala Yusifzaini dəstəklədiyimizə görə Pakistan mediasına qarşı müharibə elan edib.”

Londonda “Sunday Times” qəzetinin redaktoru Bob Tayler:”Fikrimcə, jurnalislərin qətli bəşəriyyətə qarşı cinayət kimi qiytmətləndirilməlidir.”

İtaliya jurnalisti, video-operator Andrea Bernardi 2011-ci ildə Liviyada avtomobil qəzası zamanı ağır yaralanmışdı. O, Suriyadan qayıdıb və Türkiyə sərhəddində Skype vasitəsilə Amerikanın səsinə müsahibə verib.

Andrea Bernardi:”Mən bir çox münaqişə yerlərində işləmişəm-Qəzzada,Əfqanıstand, Liviyada, amma mənə elə gəlir ki, Suriyada olduğu qədər özümü təhlükədə hiss etməmişəm.....böyük şəhərlərdə cəbhə xətti yoxdur.”

Suriyada işləyən Amerika jurnalisti Ceyms Foli noyabr ayından itkin düşüb. Bu, bir daha jurnalistlərin təhlükədə olduğunu xatırladır, özü də bu təhlükə daha da ciddiləşə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG