Bakıda virtual şəbəkədə ifadə azadlığı və elektron hökumətin inkişafı məsələlərinin müzakirəsinə həsr olunmuş “İnternet sahəsində yeniliklər və perspektivlər” konfransı keçirilib.
İnternet və informasiya azadlığı sahəsində aparıcı ekspertlərin və fəalların iştirakı ilə keçirilən tədbir Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) tərəfindən Kanadanın Yerli Təşəbbüslər Fondunun dəstəyi ilə təşkil edilib.
RATİ sədri Emin Hüseynov Azərbaycan İnternet seqmentində vəziyyəti ümumilikdə ziddiyyətli səciyyələndirib, amma müsbət cəhətlərdən daha çox mənfi cəhətləri olduğunu qeyd edib. Texniki cəhətdən neqativ faktlar kimi o, infrastruktur sahəsində geriliyi, siyasi cəhətdən isə istifadəçilərin özünüsenzurasının yüksək səviyyədə olmasını və dövlət tərəfindən tənzimləmə və lisenziyalaşdırma cəhdlərinin olmasını qeyd edib. İnformasiya açıqlığı sahəsində müsbət məqam kimi milli rabitə peykinin buraxılması və ASAN elektron xidmətlər mərkəzinin yaradılması qeyd edilib.
Mətbuat Şurasının İnternetin tənzimlənməsi üzrə yeni komissiyasının üzvlərindən biri olan Azər Həsrət bu təşəbbüsdən İnternetdə söz azadlığına qarşı istifadə ehtimalı ilə bağlı düşüncələri yatırmağa çalışıb. O, bu addımı xoşməramlı internetdə özünütənzimləmə niyyəti ilə izah etməyə çalışıb və yaradılan komissiya istifadəçilərin və informasiya kontentləri subyektlərinin söz azadlığını məhdudlaşdırmağa çalışarsa, komissiyanı tərk edəcəyinə söz verib.
İREX eksperti Əli Novruzov yenə də Mətbuat Şurasının (MŞ) səmimiliyini şübhə altına qoyub. “Bu təşkilat internetlə məşğul olmaq səlahiyyətlərinə malik deyil. İnkişaf etmiş ölkələrdə İnternetin özünütənzimləməsi provayderlər, blogerlər, sosial cəmiyyətlər və dövlət kimi institutlar vasitəsilə həyata keçirilir”, deyə o bildirib.
Novruzov həmçinin MŞ-nin komissiya haqqında qərarı internet ictimaiyyəti ilə müzakirə etmədən qəbul etdiyinə diqqət çəkib. İnformasiya azadlığı sahəsində məşhur ekspertlər Ələsgər Məmmədli və Rəşid Hacılı bu ideyanı dəstəkləyib. Məmmədli MŞ-nin səmimiliyini şübhə altına qoyaraq, onun təşəbbüsünü özfəaliyyət adlandırıb. O, hökumət tərəfindən nəzarət olunan televiziya efirində də özünütənzimləmə olmadığını, amma MŞ-nin illərdir bunu görmədiyini qeyd edib. Hacılı öz növbəsində qeyd edib ki, bu qeyri-hökumət təşkilatının təşəbbüslərindən yaxşı bir şey gözləməyə dəyməz.
“Dünyada və ölkəmizdə internetin tənzimlənməsi haqqında birmənalı fikir yoxdur”, deyə Azərbaycan İnternet Birliyinin sədri Qalib Qurbanov şübhələri aradan qaldırmağa çalışıb, amma eyni zamanda problemin həlli üzrə hər-hansı resept təklif etməyib.
Konfrans göstərib ki, bu məsələdə bloq sahəsində tənzimləmə haqqında təsəvvür neqativdən daha betərdir. Əvvəllər ifadə azadlığına görə mühakimə edilmiş bloger Hafiz Hacıyevin fikrincə, hökumət hələ internet çərçivələrini məhdudlaşdırmaq iqtidarında deyil və son müşahidələr göstərir ki, facebook meydanında oyun üçün getdikcə daha çox qüvvəsini səfərbər edir.
“Bu sosial şəbəkə fərdi informasiya istehsalçıları yaradır, onlar MŞ-nin nəzarəti altına almağa çalışdığı media resurslarından yan keçərək, öz eksklüziv fikirlərini on və yüz minlərlə insanın diqqətinə çatdırmaq iqtidarındadırlar”, deyə o bildirib və bu iddiaların səmərəsiz olduğunu vurğulayıb.
Hökumətin informasiya azadlığını və onun tərkib hissəsi olaraq internet azadlığını inkişaf etdirmək istəməməsini 2005-ci ildə qəbul edilmiş informasiya azadlığı haqqında qərarın həyata keçirilməsi təcrübəsi də göstərir. Ələsgər Məmmədli bildirib ki, dövlət resurslarının informasiya açıqlığı 7% səviyyəsindədir, regionlarda internetə çıxış isə kritik həddədir. Məsələn, Ağcabədi rayon mərkəzində 7 min nəfərlik əhalinin cəmi 32 nəfərinin ADSL çıxışı var.
O, həmçinin bildirib ki, reklam edilən ASAN dövlət elektron xidmətlər mərkəzinə cəmi 9 subyekt və 23 köməkçi, iki əsas xidmət – şəxsiyyət vəsiqəsi və pasport alınması istisna olmaqla, xidmət növü daxildir.
Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Anar Hüseynov ASAN xidmət haqqında tələsik rəy verməməyə çağıraraq, bu təşkilatın təkmilləşdirilməsi, xüsusən bu ilin sonuna qədər Sumqayıt, Gəncə, Şirvan şəhərlərində onun şəbəkələrinin açılması prosesinin davam etdiyini bildirib.
ASAN-ın zəruriliyi ilə bağlı heç kim mübahisə etməyib, bundan başqa, vətəndaş cəmiyyətinin bu qurumun inkişafını dəstəkləməsi haqqında çağırışlar səslənib. Konfransa yekun vuran Emin Hüseynov qeyd edib ki, vətəndaş cəmiyyəti hökumətin azad informasiya cəmiyyəti formalaşdırmaq sahəsində təşəbbüslərini dəstəkləməyə hazırdır. Amma eyni zamanda, o, ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin virtual hörümçək toru üzərində nəzarət planları olan hökumətlərə yönəlmiş sözlərini xatırladıb.
“Uduzacağınız müharibəyə başlamayın”.