Accessibility links

Aktau yaxınlığında təyyarə qəzasında xəsarət alanların 4-nün müalicəsi davam etdirilir


KAZAKHSTAN-CRASH/
KAZAKHSTAN-CRASH/

Örən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycanın qəzaya uğrayan təyarəsində xəsarət alan Azərbaycan vətəndaşlarından hazırda 4 (1 kişi və 3 qadın olmaqla) nəfərin stasionar müalicəsi davam etdirilir.

Azərbaycan Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə məlumatına görə, reanimasiya şöbəsində müalicəsi davam etdirilən 1 nəfərin vəziyyəti ağır stabil, stasionar şöbədə müalicəsi davam etdirilən digər 3 nəfərin vəziyyəti qənaətbəxş olaraq dəyərləndirilir.

Məlumatda 3 nəfərin üzərində cərrahi əməliyyat icra olunduğu bildirilir.

Ötən il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından bir ay keçir. Təyyarədə olan 67 nəfərdən 29 nəfər sağ qalıb. Sağ qalanların 17-si Azərbaycan vətəndaşıdır.

Bakıda Yeni Klinikaya hospitalizasiya olunan 17 nəfərdən 4-ü birbaşa tibb müəssisəsinin reanimasiya şöbəsinə, 13 nəfər isə stasionar şöbəyə qəbul edilib.

“Təxliyə olunan pasiyentlərə, əsasən, müxtəlif bədən nahiyələrinin travmaları (sınıq, əzilmə, kəllə-beyin travması, döş qəfəsinin küt travması) iki tərəfli pnevmo-hemotoraks, tənəffüs çatışmazlığı diaqnozları təyin edilib. Ümumilikdə təxliyə edilən 17 yaralıdan 13 nəfəri artıq ambulator müalicə üçün evə yazılıb”, məlumatda qeyd edilir.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG