Accessibility links

Kaya Kallas: Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiya tərəfindən atəşə tutulması ilə bağlı xəbərlər MH17-ni çox xatırladır


Kaya Kallas
Kaya Kallas

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas "Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması ilə bağlı başsağlığı verib.

“Fikirlərimiz həlak olanların ailələri və yaxınları ilədir. Xəsarət alanlara tezliklə şəfa diləyirəm”, o dekabrın 28-də X platformasında qeyd edib.

Aİ rəsmi nümayəndəsi bu qəza ilə bağlı sürətli, müstəqil beynəlxalq araşdırmaya çağırdığını deyib.

“Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiya tərəfindən atəşə tutulmasına səbəb ola biləcəyi ilə bağlı xəbərlər MH17-ni çox xatırladır” o qeyd edib.

Xatırladaq ki, ötən il dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysnini həyata keçirən təyyarəsi Qroznı üzərində xarici təsirə məruz qaldıqdan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında məcburi eniş edərkən qəzaya uğrayıb. Qəza nəticəsinə təyyarədə olan 67 insandan 38-i həlak olub, 29 nəfər sağ qalıb. Sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü ölüb, 14-ü sağ qalıb. Qırğızıstandan üç sərnişin olub, hamısı sağ qalıb. 16 Rusiya vətəndaşı olub, onlardan 7-i ölüb, 9-u sağ qalıb. 6 sərnişin Qazaxıstandan olub, hamısı ölüb. Təyyarənin ekipajı 5 nəfərdən ibarət olub: 3 nəfər ölüb, 2 nəfər sağ qalıb.

Qəzanın təhqiqatına ICAO Konvensiyasına (Çikaqo Konvensiyası) uyğun olaraq hadisənin baş verdiyi ölkə olaraq Qazaxıstan rəhbərlik edir. İşdə Azərbaycan, Rusiya mütəxəssisləri, beynəlxalq ekspertlər və “Embraer” şirkətinin nümayəndələri iştirak edirlər. Qara qutular beynəlxalq ekspertlərin iştirakı ilə götürülüb.

Azərbaycan KİV-ləri, həmçinin Euronews və Reuters telekanalları ilkin olaraq təyyarənin Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması barədə məlumatlar yayıb.

Dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putin faciəvi hadisənin Rusiya hava məkanında baş verdiyinə görə üzr istəyib, bir daha həlak olanların ailələrinə dərin və səmimi başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Dekabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Rusiya ərazisində, Qroznı şəhəri yaxınlığında Azərbaycanın mülki təyyarəsi xarici təsirdən zədələnib və idarəetməni praktiki olaraq itirib. Onun sözlərinə görə, təyyarə elektron müdafiə sistemi vasitəsi ilə idarəolunmaz hala salınıb.

Bundan başqa, Azərbaycan prezidenti yerli mediaya müsahibəsində Rusiyaya qarşı üç tələb irəli sürüb.

Bununla yanaşı, Rusiya İstintaq Komitəsi təyyarə qəzası ilə bağlı Cinayət Məcəlləsinin 263 (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlayıb. Azərbaycan Baş Prokurorluğunun iki əməkdaşı Qroznıdadır, orada Rusiya Baş Prokurorluğunun və İstintaq Komitəsinin nümayəndələri ilə birgə ibtidai istintaq hərəkətləri aparırlar.

Azərbaycan Prezidenti yanvarın 6-da təyyarə qəzasında həlak olan və sağ qalan ekipaj üzvlərinin mükafatlandırılması mərasimində deyib ki, əgər Qroznı şəhəri öz ərazisində Rusiyanın hava məkanının bağlanması üzrə vaxtında tədbirlər görsəydi, yerüstü xidmətlərin bütün qaydalarına əməl olunsaydı, həmçinin Rusiya Federasiyasının silahlı qüvvələri və mülki xidmətləri arasında koordinasiya olsaydı, onda faciə baş verməzdi.

Əliyev deyib ki, obyektivliyin sual altına düşə biləcəyini nəzərə alaraq, Dövlətlərarası Aviasiya Komitəsinin (Rusiya-red) “qara qutu”ları açmasına qəti etiraz edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG