Accessibility links

“ToplumTV” işi üzrə təqsirləndirilən şəxslərə qarşı daha 6 ittiham irəli sürülüb


Toplum tv
Toplum tv

“Toplum TV” işi üzrə təqsirləndirilən şəxslərə qarşı yeni ağırlaşdırıcı ittihamlar irəli sürülüb.

Bu barədə təqsirləndirilən şəxslərdən Ruslan İzzətlinin vəkili Rəsul Cəfərov Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, “ToplumTV” işi üzrə təqsirli bilinənlər indiyədək yalnız Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olmaqla qaçaqmalçılıq) maddəsi ilə ittiham olunurdularsa, indi daha 6 maddə üzrə ittiham irəli sürülüb.

Belə ki, indi əmək müqaviləsi olmadan işçilərin işə cəlb edilməsi; qanunsuz sahibkarlıq; mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması; cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma-xeyli miqdarda törədildikdə; qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə; mütəşəkkil dəstə tərəfindən vergidən yayınma maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Bu ittihamlar Cinayət Məcəlləsinin 162-1 maddəsini istisna etməklə, “Abzas Media” internet nəşrinin jurnalistlərinə qarşı irəli sürülən ittihamlarla eynilik təşkil edir.

Buna hələlik ibtidai istintaq rəsmi münasibət bildirməyib.

2024-cü il martın 6-da hüquq-mühafizə orqanları "Toplum TV", "Demokratik Təşəbbüslər İnstitutu", həmçinin "III Respublika Platforması"nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Lakin "Toplum TV"nin ofisinin qapısı möhürlənib.

"Toplum TV"nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və "Demokratik Təşəbbüslər İnstitutu"nun rəhbəri, həmçinin "III Respublika Platforması"nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

Martın 8-də "III Respublika Platforması"nın qurucu heyət üzvü Ruslan İzzətli və "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədli həbs olunub.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG