Accessibility links

Sərhədsiz Reportyorlar "Toplum TV işi” üzrə saxlanılanların həbs müddətinin yenidən uzadılmasından narahatdır


Toplum TV-nin ofisi möhürlənib.
Toplum TV-nin ofisi möhürlənib.

Sərhədsiz Reportyorlar (RSF) təşkilatı “Toplum TV işi” üzrə saxlanılanların həbs müddətinin yenidən uzadılmasından narahatdır.

“Toplum TV-nin direktoru Ələsgər Məmmədlinin, jurnalist Müşfiq Cabbarovun və İlkin Əmrahovun həbs müddəti bir ildən artıqdır ki, yenidən uzadılıb. RSF onları azad etməyə və bu məhkəmə təzyiqinə son qoymağa çağırır”, RSF-nin X platformasında deyilir.

Dekabrın 28-də Xətai Rayon Məhkəməsində “Toplum TV işi” üzrə saxlanılan “III Respublika Platforması”nın spikeri Akif Qurbanov, qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, “Demokratik Təşəbbüslər İnstitutu”nun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev haqqındakı həbs müddəti daha 3 ay - aprelin 6-dək uzadılıb.

Onlar barəsində seçilmiş həbs qətimkan tədbrinin vaxtı yanvarın 6-da başa çatır.

Hər bir məhkəmə iclasında Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi təqdimatı müdafiə edib, təmin olunmasını istəyib.

"Toplum TV işi" üzrə nə baş verib?

Martın 6-da hüquq-mühafizə orqanları "Toplum TV", "Demokratik Təşəbbüslər İnstitutu", həmçinin "III Respublika Platforması"nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Lakin "Toplum TV"nin ofisinin qapısı möhürlənib. "Toplum TV"nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və "Demokratik Təşəbbüslər İnstitutu"nun rəhbəri, həmçinin "III Respublika Platforması"nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Martın 8-də "III Respublika Platforması"nın qurucu heyət üzvü Ruslan İzzətli və "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədli həbs olunub. Xətai Rayon Məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Hər ikisi də qaçaqmalçılıqda ittiham olunur.

Bu ilin iyul ayında bütün həbs olunanların həbs qətimkan tədbiri daha 3 ay uzadılıb.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: "Tramp savaşı bitirməkdə "həlledici" rol oynaya bilər"
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG