Accessibility links

Vaşinqtonda “Siyasi məhbuslara azadlıq!” şüarı ilə aksiya keçirilib


Oktyabrın 29-da Vaşinqtonda Ağ Evin önündə bir qrup azərbaycanlı mühacir Azərbaycandakı siyasi məhbuslara azadlıq tələbi ilə etiraz aksiyası keçirib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Aksiyada ölkədəki siyasi məhbuslara görə COP29-un boykot edilməsi ilə bağlı şüarlar da səsləndirilib.

Mühacirlər həmçinin etiraz aksiyası zamanı siyasi məhbusların fotolarını qaldırıb və onlara azadlıq tələb edib.

Azərbaycan hökuməti ölkədə insan hüquqlarının durumunu tənqid edən yerli və beynəlxalq çağırışları qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri insanların siyasi iradəsinə görə təqib edilmədiyini, hamının qanun qarşısında bərabər olduğunu bəyan edir.

Bununla yanaşı, yerli hüquq müdafiəçiləri Azərbaycanda 319 nəfəri siyasi məhbus kimi tanıyır. Çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini haqsız həbs edilən şəxsləri azad etməyə çağırıb.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG