Accessibility links

Anar Məmmədli və İmran Əliyevin cinayət işi "Abzas Media" işindən ayrılıb


Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və "Meclis.info" saytının rəhbəri İmran Əliyevin cinayət işi "Abzas Media" əməkdaşlarına qarşı qaldırılan cinayət işindən ayrılaraq istintaqı ayrıca icraatda aparılır. Bununla bağlı artıq istintaq orqanının qərarı var.

Bu barədə vəkillər Elmar Süleymanov və Elçin Sadıqov Amerikanın Səsinə deyib.

Vəkil Elçin Sadıqov bildirib ki, hər iki şəxsə qarşı qaçaqmalçılıq ittihamı ilə istintaq aparılır.

Vəkil həmçinin bu iş üzrə yeni həbslərin olacağını da ehtimal edir.

Bununla yanaşı, Daxili İşlər Nazirliyinin Mətbuat xidməri Amerikanın Səsinin cinayət işinin ayrı icraata ayrılması ilə bağlı sorğusuna hələ münasibət bildirməyib.

Aprelin 30-da Anar Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qəti qətimkan tədbiri seçilib.

Meclis.info saytının rəhbəri İmran Əliyev aprelin 18-də həbs olunub. O, Cinayət Məcəlləsinin 206.3.1-ci (qaçaqmalçılıq - təkrar törədildikdə) və 206.3.3-cü (qaçaqmalçılıq-vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddələri ilə ittiham olunur və barəsində 2 ay 1 günlük həbs qətimkan tədbiri seçilib.

Çoxsaylı beynəlxalq təşkilat, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ Səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli, İmran Əliyev və digər həbs edilən şəxsləri dərhal azad etməyə çağırıb.

Xatırladaq ki, son bir neçə ayda "Abzas Media" və "Toplum TV" internet resurslarının, həmçinin Anar Məmmədli və İmran Əliyevin cinayət işləri üzrə 17 nəfər barəsində qətiimkan tədbiri seçilib. Onlardan 15 nəfəri həbsdədir.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG