Accessibility links

Anar Məmmədli saxlanılıb


Anar Məmmədli saxlanılıb
please wait

No media source currently available

0:00 0:02:48 0:00

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli aprelin 29-da bir qrup mülki geyimli şəxs tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Amerikanın Səsinə Məmmədlinin polis tərəfindən saxlanıldığını təsdiq edib.

"Anar Məmmədli saxlanılıb, hazırda barəsində araşdrıma aparılır", o qeyd edib.

Bu arada Anar Məmmədlinin yaxınlarından biri Amerikanın Səsinə deyib ki, o, uşağını uşaq bağçasından götürməyə gedərkən Bakının Nərimanov rayonu ərazisində, Teymur Əliyev küçəsində saxlanılıb.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, hazırda Anar Məmmədlinin evində axtarış aparılır. “Məni Anar Məmmədlinin axtarış aparılan evinə buraxmırlar, Anar Məmmədli ilə görüşümə imkan vermirlər. Sadəcə telefonla mənə bildirdilər ki, Anar Məmmədli “Abzas Media” nəşrinin cinayət işi üzrə şahid qismində saxlanılıb, evində axtarış-götürmə əməliyyat tədbiri həyata keçirirlər”, vəkil qeyd edib.

Bu gün həmçinin Anar Məmmədlinin atasının evində axtarış aparılıb. Anar Məmmədlinin bacısı Şəfa Məmmədli Amerikanın Səsinə deyib ki, qardaşının evində axtarış aparılan vaxt, paralel olaraq atasının evində də axtarış aparılıb.

“Atamın evindən köhnədən qalan sənədlər, guya Anarın köynəyinin cibindən qəbzlər, mənim komputerimi, fleş-kartımı götürüblər. Axtarışdan sonra Anarın evində də oldum. Onun komputerini, telefonunu aparıblar. Bir də biz hesab edirik ki, pul qoyublar. Anarın evində pulun bağlandığı iplər qalıb”, o qeyd edib.

Anar Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir. Məmmədli ATƏT-in Demokrtatik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq seçki monitorinq missiyasının tərkibində bir neçə ölkədə müşahidə aparıb.

Məmmədli bu il fevralın 20-də ölkədə vətəndaş azadlıqlarının, ictimai iştirakçılığın təmin olunması və ətraf mühitdə ədalətin bərqərar olunması təşəbbüsü ilə təsis edilən COP29 - Ədalət Mühiti Təşəbbüsünün (COP29 - Cimate of Justice Initiative) təsisçilərindəndir.

Son zamanlar hökumətyönümlü hesab edilən medialarda, həmçinin Rusiyanın Sputnik.Azərbaycan saytında Anar Məmmədli də daxil olmaqla, bir sıra şəxslər barədə ittihamedici məqalələr dərc edilib.

Forum

XS
SM
MD
LG