Accessibility links

Bəxtiyar Hacıyev Ombudsmana ərizə ilə müraciət edib


Bəxtiyar Hacıyev (Arxiv foto)
Bəxtiyar Hacıyev (Arxiv foto)

“Təəssüf ki, hazırda siyasi motivlərlə, qondarma ittihamlarla şərlənmiş onlarla siyasi məhbus kimi həm mən, həm də Rail Abbasov həbsdə qalmaqda davam edirik.”

Bu barədə həbsdə olan insan hüquqları müdafiəçisi Bəxtiyar Hacıyevin ombudsman Səbinə Əliyevaya ünvanladığı ərizədə deyilir.

“Sizdən Korsika xalqının, Qəmər adaları sakinlərinin hüquqlarını müdafiə etməkdən əlavə qalan vaxtda mənim, Rail Abbasovun, siyasi məhbus həyatı yaşayan jurnalistlər, iqtisadçı alimlər, ictimai fəalların da hüquqlarını qorumağınızı, məhkəmələrin və ibtidai istintaqın tezliyinin təmin olunması istiqamətində addımlar atmağınızı, Ombudsman Aparatının əməkdaşlarının təcridxanalarda siyasi məhbusları qəbul etmələrini və bu məhkəmə proseslərini müşahidə etmələrini xahiş edirəm” - deyə, Hacıyev müraciətində əlavə edib.

Amerikanın Səsinin Ombudsman Aparatına Bəxtiyar Hacıyevin ərizəsi ilə bağlı ünvanladığı sorğuya hələ cavab verilməyib.

Bəxtiyar Hacıyev 9 dekabr 2022-ci ildə məhkəməyə qarşı hörmətsizlik (Cinayət Məcəlləsinin 221 və 289-cu maddələri) ittihamı ilə saxlanılıb. Elə həmin ilin iyulunda ona qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

Noyabrın 7-də Hacıyevə qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergi, işsizliyə görə sığorta, icbari tibbi və sosial sığorta ödənişindən yayınma) maddəsi ilə ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev hesab edir ki, ona qarşı bütün ittihamlar saxtadır. O əmindir ki, həbsinin və ittihamların səbəbi hakimiyyəti tənqid etməsidir.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.

Bakının Nəsimi rayon Məhkəməsi 2023-cü il sentyabrın 20-də Rail Abbasov barəsində həbs qətimkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

Rail Abbasov ittihamı rədd edib və həbsini Bəxtiyar Hacıyevin hüquqları ilə bağlı iş aparması ilə əlaqələndirib.

Forum

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG