Accessibility links

ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını yekunlaşdırmaq üçün çalışdığını bildirib


Vedant Patel (Mənbə: Dövlət Departamenti)
Vedant Patel (Mənbə: Dövlət Departamenti)

ABŞ Bakı ilə Yerevan arasında danışıqlarda “finiş xəttinə çatmağa” ümid edir. Turan agentliyinin Rusiya xarici işlər naziri Sergey Lavrova istinadən Azərbaycanın Moskvada sülh sazişi imzalamağa hazır olması barədə sualının cavabında Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib ki, ABŞ finiş xəttini keçmək, Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün “çox səylə” çalışır.

"ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün danışıqların aparılmasında maraqlıdır. Prosesdə iştirak edən tərəflərlə sıx koordinasiyada finişə çatmaq üçün səylə çalışırıq”, o qeyd edib.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda mümkün görüşünə gəldikdə isə, Patel bu məsələ ilə bağlı məlumatlı olmadığını vurğulayıb.

2023-cü ilin dekabrında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn bildirib ki, dövlət katibi Antoni Blinken sülh sazişi üzrə danışıqlar aparmaq üçün Azərbaycan və Ermənistanın xarici işlər nazirlərini tezliklə Vaşinqtonda qəbul etməyə ümidvardır.

Rəsmi Bakı xarici işlər nazirlərinin növbəti görüşünün yeri və tarixinin hələlik razılaşdırılmadığını bildirib.

Rusiya xarici işlərt naziri Sergey Lavrov yanvarın 18-də bildirib ki, Azərbaycan Rusiya ərazisində sülh müqaviləsini imzalamağa hazırdır.

"Qərb tərəfdaşlarının Ermənistan-Azərbaycan sülh müqaviləsini yalnız onların ərazisində imzalanmasını istəmələri faktdır. Azərbaycanın bu, münaqişənin dayandırıldığı Rusiya ərazisində yekunlaşmasını istəməsi də faktıdır. Yerevanın buna nə qədər hazır olması mənə məlum deyil. Rəsmi Yerevana müvafiq siqnalların göndərilməsi də mənə məlum deyil", Lavrov mətbuat konfransında qeyd edib.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG