Accessibility links

Dövlət Departamenti: Azərbaycanda son həbslər dərin narahatlıq doğurur


ABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti

ABŞ yanvarın 16-da bir daha Azərbaycan hökumətini insan hüquqlarına və əsas azadlıqlara, o cümlədən ifadə azadlığına hörmət etməyə çağırıb.

"Azərbaycanda jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının və müxalifət xadimlərinin son həbsləri dərin narahatlıq doğurur. Yalnız son iki ayda ondan çox adam saxlanılıb", Dövlət Departamentinin sözçüsü Turan agentliyinin sualının cavabında bildirib.

Noyabr ayından bəri həbsə alınan jurnalistlərin sayı 10 çatıb. Elnarə Qasımova və Şahin Rzayev son iki gündə bəbs edilib. Bazar ertəsi Bakı məhkəməsi Abzas Media saytının müxbiri Elnarə Qasımovanı qaçaqmalçılıq ittihamı ilə aprelin 3-dək həbs edib. Ertəsi gün Cənubi Qafqazdakı hadisələri işıqlandıran “JAM NEWS” agentliyinin siyasi şərhçisi Şahin Rzayev xuliqanlıq ittihamı ilə 15 sutka həbs edilib. Bir gün sonra apellyasiya məhkəməsi onu cərimələyərək azadlığa buraxıb.

“Prezident Baydenin Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə dediyi kimi, “Jurnalistika cinayət deyil, o, azad cəmiyyətin əsasını təşkil edir. Biz Azərbaycan hökumətini hamının insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə çağırmaqda davam edirik, o cümlədən ifadə azadlığına,” - Dövlət Departamentinin nümayəndəsi qeyd edib.

Öz növbəsində Azərbaycan rəsmiləri bir qayda olaraq insan hüquqları ilə bağlı beynəlxalq və yerli tənqidləri qəbul etmir, qərəzli sayır. Ölkə rəhbərləri bütün fundamental azadlıqların, o cümlədən söz və mətbuat azadlığının tam təmin edildiyini bildirir. Bununla yanaşı, Azərbaycan beynəlxalq medi azadlığı indeksində 180 ölkə arasında 151-ci sırada yer alır. Yerli hüquq müdafiəçiləri ölkədə 250-dən çox siyasi məhbusun olduğunu iddia edir.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG