Accessibility links

Məhkəmə Əziz Orucovu ev dustaqlığına buraxmadı


Əziz Orucov, Kanal 13 internet televiziyasının rəhbəri
Əziz Orucov, Kanal 13 internet televiziyasının rəhbəri

Yanvarın 8-də Bakı Apellyasiya məhkəməsində “Kanal 13” internet televiziyası rəhbəri Əziz Orucovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi və onun ev dustaqlığına buraxılmasına dair apellyasiya şikayətinə baxılıb.

Bu barədə Amerikanın Səsinə vəkil Aqil Layıc bildirib.

Onun sözlərinə görə, məhkəmə şikayəti təmin etməyərək, Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

“Əlbəttə gözləntilər özünü doğrultdu. Təmin ediləcəyinə dair hər hansı bir ümidimiz də yox idi. Sadəcə keçirilməli bir addım kimi bunu edirik”, vəkil deyib.

Aqil Layıc bundan sonra Avropa İnsan Haqları məhkəməsinə müraciət ediləcəyini bildirib.

Aqil Layıc: Məhkəmə Əziz Orucovu ev dustaqlığına buraxmadı
please wait

No media source currently available

0:00 0:01:45 0:00

Vəkil qeyd edib ki, məhkəmədə Aziz Orucov da iştirak edib.

“Bütün həmkarlarına salamı var ", o bildirib.

Aqil Layıc Əziz Orucovun jurnalistin qarşı irəli sürülmüş qaçaqmalçılıq maddəsi ilə bağlı sualını şərh edib.

“Sübut lazım deyil ki. Bu tip işlərdə sübut lazım deyil. İttiham verəcəklər. Əgər burada siyasi iradə olmasa, o ittiham da təsdiq olunacaq. Son zamanlar bu tip işlərdə görüntü üçün sübut da yoxdur. Əvvəllər nəsə düzüb-qoşmağa cəhd edirdilər. Amma son zamanlar tendensiyalar onu göstərir ki, düzüb-qoşmağa da meyilli deyillər”, o əlavə edib.

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov noyabrın 27-də saxlanılıb. Bakı Şəhər Səbail Rayon Məhkəməsi onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçib.

Cinayət Məcəlləsinin 188.2 (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.

“Kanal 13”ün əməkdaşı Rüfət Muradlı dekabrın 7-də 30 sutkalıq inzibati həbs cəzasına məhkum edilib.

Dekabrın 11-də məhkəmə qərarı ilə “Kanal 13”-ə giriş məhdudlaşdırılıb.

“Kanal 13” internet televiziyası 2008-ci il noyabrın 10-dan yayımlanır. Bu televiyanın YouTube kanalında 1 milyon 590 min abunəçisi var. Televizya YouTube kanalında 37 mindən çox video yerləşdirib.

Azərbaycanda son günlərdə 9 jurnalist həbs edilib. Onların demək olar ki, hamısı qaçaqmalçılıqda ittiham olunur. Jurnalsitlər ittihamı qəbul etmir və fəaliyyətlərinin məhdudlasdırılmasına yönəldiyini bildirir.

Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Forum

XS
SM
MD
LG