Accessibility links

ABŞ-ın yeni səfiri Bakıya gəlib


Mark Libbi (Mənbə: ABŞ səfirliyi)
Mark Libbi (Mənbə: ABŞ səfirliyi)

ABŞ-ın Azərbaycandakı yeni səfiri Mark Libbi dekabın 2-də axşam saatlarında Bakıya gəlib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

“Azərbaycana təyin olunmuş səfir Mark Libbi - xoş gəlmisiniz! Biz ABŞ-Azərbaycan münasibətlərini inkişaf etdirmək, regionda davamlı və uzunmüddətli sülhə doğru çalışmaq üçün işə başlamağı səbirsizliklə gözləyirik”, ABŞ səfirliyinin məlumatında deyilir.

Səfir Libbinin gəlişi iki ölkə arasında münasibətlərin pisləşməsi ilə eyni vaxta təsadüf edib.

Noyabrın 15-də ABŞ Konqresində dinləmələrdə dövlət katibinin köməkçisi O'Brayen bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlanana qədər Vaşinqton Bakı ilə əlaqələri dayandırır. Buna cavab olaraq Bakı ABŞ-ı USAİD və digər donor təşkilatları vasitəsilə Azərbaycan əleyhinə fəaliyyət göstərməkdə ittiham edib.

Bakı hətta ABŞ səfirliyinin hər il keçirdiyi ənənəvi tədbiri - Amerika ali məktəblərinin azərbaycanlı məzunlarının görüşünü "Amerika casuslarının" təlim tədbiri adlandırıb.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG