Accessibility links

ABŞ Ülvi Həsənlinin həbsindən "dərin narahatdır"


Metyu Miller (Matthew Miller)
Metyu Miller (Matthew Miller)

ABŞ Dövlət Departamenti “Abzas Media” xəbər saytının direktoru Ülvi Həsənlinin həbs olunması ilə bağlı "dərin narahatlığını" bildirib. Bu barədə Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Turan agentliyinin müxbirinin sualına cavabında bildirib.

"Azərbaycan hökumətini ifadə azadlığı da daxil olmaqla hər kəsin hüquq və azadlıqlarını qorumağa çağırırıq", Miller əlavə edib

Abzas Media” xəbər saytının direktoru Ülvi Həsənli noyabrın 20-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 maddəsi (Qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham elan edilib.

Vəkil Zibeydə Sadıqova bildirib ki, ittihamın mahiyyəti qabaqcadan əlbir olan bir qrup şəxslə ölkəyə qanunsuz yolla valyuta keçirməkdir.

O, Ülvi Həsənlinin ofisində və evində axtarış aparıldığını deyib.

“Həsənlinin ofisindən 40 min avro aşkar edildi. Evindən heç nə aşkar edilmədi”, Zibeydə Sadıqova deyib.

Vəkilin sözlərinə görə, Ülvi Həsənli özünü təqsirli bilmir.

“Ülvi söylədi ki, ittiham əsassızdır. Pul ona aid deyil. Ofisdən pul götürüləndə də dedi ki, o pul ona məxsus deyil. Həmin pulu görməyib və ona aidiyyatı yoxdur”, Sadıqova qeyd edib.

Vəkil Ülvi Həsnlinin xəsarəti olduğunu deyib.

“Ülvinin gözünün altında xəsarət var idi. O bildirdi ki, vurubalr. Çəkilişdə də döyüblər. Mən bu faktlın araşdılamsını xahiş etdim”, Zibeydə Sadıqova bidirib.

Forum

XS
SM
MD
LG