Accessibility links

Dövlət Departamenti regionda baş verən son hadisələrə münasibət bildirib


Metyu Miller (Matthew Miller)
Metyu Miller (Matthew Miller)

Sentyabrın 25-də Dövlət Departamentinin sözçüsü Metyi Miller ənənəvi brifinqdə regindakı son duruma münasibət bildirib.

“Biz vəziyyətdən narahatıq. Bizim vacib hesab etdiyimiz məsələlər baxımından, bu, birincisi, indi mövcud olan atəşkəsin qorunub saxlanması, bundan sonra hərbi əməliyyatların olmaması, ikincisi, Dağlıq Qarabağ əhalisinin humanitar ehtiyaclarının qarşılanmasıdır və üçüncüsü, Azərbaycan və Ermənistan uzunmüddətli sülh saziş əldə etməlidir”, Miller qeyd edib.

Yerdəki humanitar vəziyyətə gəldikdə, o deyib ki, Dağlıq Qarabağdakı etnik ermənilər öz evlərində sülh və ləyaqət içində, hüquq və təhlükəsizliklərinə hörmət təmin olunmaqla qala bilməlidir.

“Getmək və qayıtmaq istəyənlərə neytral, müstəqil üçüncü tərəfin nəzarəti altında təhlükəsiz keçidə icazə verilməlidir. Və Azərbaycan mülki insanları qorumaq və döyüşçü olmaqda şübhəli bilinənlər də daxil olmaqla, hamıya qarşı humanist rəftarı təmin etmək üçün məsuliyyət daşıyır”, Miller qeyd edib.

Dövlət Departamentinin rəsmisinin sözlərinə görə, Birləşmiş Ştatlar inanır ki, Dağlıq Qarabağ sakinlərinə və beynəlxalq ictimaiyyətə Azərbaycanın ictimai bəyanatlarına uyğun olaraq onların hüquqları və təhlükəsizliyinin qorunacağına dair şəffaflıq, əminlik və etimadı təmin edəcək beynəlxalq missiya olmalıdır.

Metyu Miller Ermənistan baş naziri ilə Rusiya arasında son zamanlar kəskin söz mübadiləsinə toxunaraq deyib: “Mən hesab edirəm ki, Rusiya göstərdi ki, o, güvənmək mümkün olan təhlükəsizlik tərəfdaşı deyil”, sözçü bildirib.

“Düşünürəm ki, öncə qeyd etdiyim nöqtəyə gəlirik; Rusiyaya beynəlxalq tərəfdaş kimi etibar etmək olmaz. Söhbət Rusiyanın beynəlxalq əraziyə hörmət etməsindən və ya digər ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətindən gedirsə, məncə, biz onun öz hərəkətləri ilə gördük ki, bu, onun riayət etdiyi prinsip deyil”, Miller qeyd edib.

Miller Turan agentliyinin Dövlət katibi Antoni Blinkenin Ermənistanın Baş naziri Nikol Paşinyanla son telefon danışığı zamanı Ermənistan liderinin bir daha Azərbaycanın ərazi bütövlüyünün tanıması ilə bağlı bəyanatı barədə sualının cavabında deyib ki, ABŞ-ın vacib hesab etdiyi məsələ Ermənistan və Azərbaycanın davamlı sülh sazişi əldə etməsidir.

“Bu, ABŞ-ın bir müddətdir ki, irəli sürdüyü məsələdir. Bu, açıq şəkildə söylədiyimiz bir məsələdir ki, hər iki tərəf çətin kompromislər etmək istəsə, buna nail olmaq olar. Açığı, biz son bir neçə ayda belə bir şey görməmişik. Qeyd edim ki, Prezident Əliyev və Baş nazir Paşinyan gələn həftə görüşəcəklərini bəyan ediblər. Düşünürük ki, onların görüşməsi və son nəticədə iki ölkə arasındakı gərginliyi aradan qaldırması vacibdir”, o qeyd edib.

Dövlət Departamentinin mətbuat katibi Metyü Miller həmçinin deyib ki, bazar ertəsi ABŞ-ın yüksək səviyyəli nümayəndə heyəti “Ermənistanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə ABŞ-ın dəstəyini təsdiqləmək və Dağlıq Qarabağdakı son zorakılıqlardan sonra humanitar məsələlərin həllinə kömək etmək üçün Yerevana gedib”.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG