Accessibility links

Azərbaycan və Ermənistan liderlərinin İspaniyada görüşü gözlənilir


İlham Əliyev və Nikol Paşinyan
İlham Əliyev və Nikol Paşinyan

Ermənistan Təhlükəsizlik Şurasının verdiyi məlumata görə, oktyabrın 5-də Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin İspaniyanın Qranada şəhərində görüşü gözlənilir.

Görüşdən əvvəl, sentyabrın 26-da Brüsseldə iki ölkənin nümayəndələri arasında məsləhətləşmələr keçiriləcək. Ermənistan tərəfdən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Azərbaycan tərəfdən isə prezidentin köməkçisi Hikmət Hacıyev iştirak edəcək.

Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Fransa prezidenti Emmanuel Makronun müşavirləri, Almaniya kansleri Olaf Şolz və Avropa Şurasının prezidenti Şarl Mişellə də danışıqlar aparacaq.

Rəsmi Bakı Qriqoryanla Hacıyev arasında gözlənilən görüş barədə hələ məlumat verməyib

İyulun 15-də Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşündən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel liderlərin növbəti görüşlərinin payızda Brüsseldə, həmçinin Avropa Siyasi Birliyi sammiti çərçivəsində Qranadada keçirilməsi gözlənildiyi bildirmişdi.

Forum

XS
SM
MD
LG