Accessibility links

Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzərdəki enerji infrastrukturunun müdafiəsi məqsədilə taktiki təlimlər keçirib


Xəzər dənizində hərbi təlim (Mənbə: Müdafiə Nazirliyi)
Xəzər dənizində hərbi təlim (Mənbə: Müdafiə Nazirliyi)

Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) Xəzər dənizində taktiki təlimlər keçirib.

Müdafiə Nazirliyinin məlumatına görə təlimin planına uyğun olaraq gəmilər həyəcan siqnalı ilə baza məntəqəsindən ayrılaraq Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi məqsədilə döyüş tapşırıqlarının icrası üzrə praktiki fəaliyyətləri yerinə yetirib.

Hərbi Dəniz Qüvvələrinin bölmələri dənizdə terror-diversiya qruplarının məhv edilməsi və sualtı diversiya əleyhinə müdafiənin təşkili üzrə tapşırıqları icra edib.

Məlumatda deyilir ki, müxtəlif şəraitlərdə gəmi taktiki qruplarının təyinatı üzrə tapşırıqların icrası zamanı dəniz komandoları ilə birgə fəaliyyətlərin işlənilməsi, döyüş fəaliyyətlərinin təşkili, qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimdə HDQ şəxsi heyəti yüksək peşəkarlıq nümayiş etdirib.

Xəzərə dənizində Azərbaycana məxsus enerji resursları ölkənin iqtisadi rifahı üçün həyati əhəmiyyət kəsb edir.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bildirib ki, 2022-ci ildə Xəzər dənizindəki neft yataqalrından Rusiya 7 milyon ton, Qazaxıstan 15 milyon ton, Türkmənistan 10 milyon tona yaxın, Azərbaycan isə 30 milyondan tondan çox neft hasil edib.

Onun sözlərinə görə hazırda Xəzər dənizindən əmtəəlik qazı yalnız Azərbaycan hasil edir.

“Azərbaycan 2022-ci ildə hasil etdiyi 35 milyard kubmetr əmtəəlik qazın 99 faizini Xəzər dənizindən hasil edib. Azərbaycan hazırda Xəzər dənizindəki Şahdəniz, Ümid, Bahar, Bulla dəniz qaz yataqlarından və neft yataqlarından səmt qazı hasil edir”, o qeyd edib.

Ölkənin ən böyük qaz yatağı olan Şahdəniz yatağının ehtiyatları 1 triyon kubmetr hesablanır.

Rəsmi məlumatlara görə bu ilin 4-cü rübündə ölkənin ikinci böyük qaz yatağı hesab edilən Abşeron yatağından qaz hasilatı gözlənilir. Bu yataqda qaz ehtiyatları 350 milayrd kubmetr hesablanır.

XS
SM
MD
LG